Ərdoğan deputatları hədələdi: "Parlamenti fəaliyyətsiz hala gətirsəniz..."

img

13-01-2017 [23:58]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna etməyib.

Prezident parlamentdə konstitusiya müzakirələri zamanı baş verən əlbəyaxa davaya münasibət bildirərək parlamentin buraxıla biləcəyini deyib:

"Ölkə parlamentini fəaliyyətsiz hala gətirsələr, növbədənkənar seçki haqqında düşünmək olar. Səmimi, doğru-dürüst bir şəkildə müzakirə edin, hay-küyə, gurultuya ehtiyac yoxdur. Düşündüklərinizi parlamentdə söyləyin. Qərarlar 330 səslə onsuz da qəbul olunur”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA