12-01-2017 [12:05]
"Bakıda köhnə binaların sökülərək yerində yeni binaların tikilməsi prosesi artıq başlayıb”.
Mia.az xəbər verir ki, bunu BakıPost.az-a iqtisadçı ekspert Vüqar Bayramov prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı Bakının daxmalardan, "naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcəyi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib. Vüqar Bayramovun sözlərinə görə, yeni sistemlə əhaliyə söküləcək binanın yerində tikiləcək binadan mənzil veriləcək: "Bu ildən prosesə start verilib. Nəzərə alsaq ki, Bakının bir sıra mərkəzi rayonlarında, xüsusən də "Sovetski”yə yaxın ərazilərdə sökülən binaların yeni tikilərlə əvəz olunması prosesi artıq başlayıb. Uzun müddət idi ki, bununla bağlı müzakirələr gedirdi. Amma bu proses zamanı yanaşma tamam fərqli olacaq. Əgər əvvəllər "Sovetski”də dövlət ərazi torpaqlarını və ya binalarını alırdısa, həmin binaların müqabilində vətəndaşa kompensasiya ödəyirdi. Artıq yeni yanaşmada binaların alınması fonunda kompensasiyanın ödənilməsi yoxdur. Yeni yanaşma həmin ərazidə yeni tikililərin inşa edilməsi və yeni binalarda o ərazidə yaşayan vətəndaşlara mənzillərin təklif edilməsi formasında olacaq”.
İqtisadçı qeyd edib ki, dövlət prosesə özəl sektoru cəlb edəcək:"Bu büdcə vəsaitlərinə qənaət edilməsi deməkdir. Yeni yanaşma imkan verəcək ki, inşaat sektorunu stimullaşdırmaq mümkün olsun. Burda əhəmiyyətli məqam ondan ibarətdir ki, əvvəl kompensasiya məbləği ilə bağlı vətəndaşla dövlət qurumu arasında narazılıq və ya anlaşılmazlıq olurdu. Eləcə də kompensasiya məbləği ilə vətəndaş həmin ərazidə mənzil tapa bilmirdi. Çünki mənzillərin sahələri kiçik idi. İndi isə bu narazılıq olmayacaq. Yeni tikili inşa edildiyi müddətdə həmin binada yaşayanlara şirkət tərəfindən aylıq olaraq kirayə pulu ödəniləcək. Bina inşa edildikdən sonra isə həmin tikilidə təmirli mənzillər köhnə binada yaşayan ailələrin otaqlarının sayına uyğun olaraq verilir. Məsələn, ailənin köhnə binada 3 otaqlı mənzili varsa, yeni tikilidə ona eyni otaqlı mənzil təklif olunur. Bu o baxımdan vacibdir ki, vətəndaş yaşadığı ərazidən uzaqlaşmır, daha böyük sahəli mənzillə təmin olunur”.
Vüqar Bayramov vurğulayıb ki, 2017-2020-ci illərdə şəhərin müxtəlif yerlərində bu prosesdən istifadə olunacaq:"Növbəti illərdə bu proses davam edəcək. Çünki artıq şəhərin mərkəzi deyil, yaxın rayonlarda da bu proses aparılacaq. 2017-ci ildə köhnə binanın yeni tikili ilə əvəz olunması mexanizmi davam etdiriləcək”.
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır