10-01-2017 [10:32]
2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu ilə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşdə həlak olan əsgərimiz Qurbanov Çingiz Salman oğlunun meyiti hələ də düşmən əlindədir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) meyitin qaytarılması üçün tərəflərlə danışıqları davam etdirir. Amma qarşı tərəf bu çağırışlara tabe olmayaraq, əsgərin meyitin qaytarmaqdan imtina edir. Hüquqşünas Erkin Qədirli Modern.az-a deyir ki, beynəlxalq normalara görə ermənilər qeydsiz-şərhsiz əsgərin meyitini qaytarmalıdır: "Bunun üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəçilik etməlidir. Cenevrə konvensiyalarına görə, bütün münaqişələrin tərəfləri Qırmızı Xaç Komitəsinin mandatını qəbul edir. Görünən odur ki, ermənilər öz mandatından istifadə edərək, Komitəyə meyitin geri qaytarılmasında vasitəçilik etməyə imkan yaratmır.
Azərbaycan hökuməti çox güman ki, Qırmızı Xaç Komitəsinə narahatlığını bildirib. Normalda indiyədək meyit qaytarılmalı idi. Meyitin qaytarılmaması erməni tərəfinin işi yubatması, hansısa əngəllər törətməsindən irəli gəlir.
Komitə təfərrüatı açıqlamadığı üçün əlavə şərh vermək mümkün deyil”.
Hüquqşünas ermənilərin cansız bədəndən nə istədiklərinin anlaşılan olmadığını vurğulayır:
E.Qədirli erməni tərəfi ilə başa düşəcəyi dildə danışmağın gərəkli olduğunu bildirir:
"Bu ermənidir, ona qarşı mütləqdir ki, güc işlədəsən. Onlar başqa dildən anlamırlar. Bunun dinc, mədəni yolu Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyindən istifadə etməkdir. Etmirlərsə, gərək müharibəni udasan. Döyüşüb güclə torpağını geri alasan. Sonra deyəsən ki, di gəl danışaq. Başqa variant yoxdur”.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfin nəzarətindəki ərazidə qalıb.
Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə,ATƏT-in Minsk Qrupuna, o cümlədənATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.
Çingiz Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən İrəvana aparılıb. Ermənilər şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını da sosial şəbəkədə yayıblar.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR