Azərbaycan xarici izlər nazirinin müavini Böyük Britaniyada səfərdə olub

img

31-05-2010 [03:12]


Mayın 25-27-də Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov Böyük Britaniyada işgüzar səfərdə olub. XİN-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, səfər zamanı V. Sadıqov bu ölkənin Xarici İşlər Nazirliyində və parlamentində görüşlər keçirib. Görüşlərdə iki ölkə arasındakı münasibətlərin cari vəziyyətinə nəzər salınıb və əlaqələrin sıxlaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində nazir müavini Oksford şəhərində yerləşən Oksford İslam Araşdırmaları Mərkəzinə gedərək qurumun fəaliyyəti ilə yaxından tanış olub. Mərkəzlə Azərbaycanın müvafiq tədqiqat qurumları arasında münasibətlərin qurulması imkanları müzakirə edilib. Oksford Universitetinin tərkibində fəaliyyət göstərən nüfuzlu ?Oksford Union? debat cəmiyyətinin dəvəti əsasında V. Sadıqov ?Azərbaycanın xarici siyasəti və regiondakı rolu? mövzusunda məruzə ilə çıxış edib. Çıxışda Azərbaycanın xarici siyasət prioritetləri, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqları, Azərbaycanın enerji siyasəti və beynəlxalq enerji bazarlarında rolu haqqında geniş məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA