Belarus prezidenti Aleksandr Lukazenko Azərbaycandadır

img

03-06-2010 [01:18]


Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycanın və Belarusun dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Belarus dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda prezident Aleksandr Lukaşenko və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA