27-12-2016 [10:24]
Yaxın günlərdə universitetlərdə qış imtahan sessiyası başlayacaq. Maraqlıdır, imtahanlar hansı üsulla keçiriləcək?
Modern.az saytı bununla bağlı bəzi universitetləri sorğu edib.
Azərbaycan Tibb Universitetininmətbuat xidmətinin rəhbəri Günel Aslanovanın sözlərinə görə,imtahanlar test üsulu, kompüter vasitəsilə keçiriləcək.
"Bəzi universitetlərdə imtahana giriş balı təyin edirlər. Lakin bizdə bu yoxdur. Bizdə bir məsələ var ki, tələbə davamiyyətdən ən azı 7 bal toplamalıdır ki, imtahana girə bilsin. Ümumilikdə isə ən aşağı bal 35-45 arasıdır”.
Bakı Slavyan Universitetinmətbuat xidmətinin rəhbəri İbrahim Quliyevin sözlərinə görə, imtahanlar 2 üsulla keçiriləcək:
"İmtahanlar həm test, həm də yazılı üsulla keçirilir. İmtahanlara buraxılış balı yoxdur. Sadəcə olaraq, fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır. Bal məsələsinə gəldikdə isə burada fərq, məhdudiyyət yoxdur”.
Azərbaycan Texniki Universitetin (AzTU)mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev deyib ki, AzTU Azərbaycanda test üsulu ilə imtahan sisteminə keçən ilk universitetlərdəndir:
"Universitetin gələcəkdə distant təhsil üçün qurulan saytı həm tədrisin ilkin mərhələsini (dərsləri), həm də nəticələri (imtahanları) onlayn şəkildə təşkil etməyə imkan verir. Lakin tələbələrin bilik və bacarıqlarının yoxlanılmasının test üsulu ilə tam olaraq əhatə edilməsi mümkün olmadığı üçün imtahanlar testlə paralel, yazılı şəkildə də həyata keçirilir”.
Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə, imtahanlar yazılı və test üsulu ilə keçiriləcək.
Azərbaycan Dillər Universitetininmətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımova bildirib ki, imtahanlar açıq formada, yazılı keçiriləcək.
Odlar YurduUniversitetindən bildirilib ki, imtahanlar kompüterlə, test üsulu ilə keçiriləcək. İmtahanlardakı nəzarətçilər başqa müəllimlər olacaq. İmtahan prosesi kamera vasitəsi ilə də müşahidə olunacaq.
Azərbaycan Neft və Sənaye Universitetindənverilən məlumata görə, imtahanlar yazılı şəkildə keçiriləcək. İmtahanlara qeyri-fənn müəllimləri nəzarət edəcək. İmtahan bitdikdən sonra kağızlardan adlar çıxarılaraq kodlaşdırılacaq, daha sonra kamera müşahidəsi olan otaqlarda yoxlanılacaq. Tələbələr qiymətlərini auditoriyada alacaqlar.
Xəzər Universitetininmətbuat xidmətindən bildirilib ki, imtahanlar test üsulu və müəllimlərin həyata keçirdiyi klassik üsulla həyata keçirilir. Universitetdə viktorium və final imtahanları fərqlidir. Viktorium imtahanlarında tələbənin biliyini yoxlamaq üçün daha çox imkan olur.
Azərbaycan Universitetininmətbuat xidmətindən məlumat verilib ki, imtahanlar Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara uyğun şəkildə keçirilir. Bəzi imtahanlar test, bəziləri isə açıq sual şəklində keçiriləcək. Bildirilib ki, tələbələrə test daha rahat olduğundan onlar açıq şəkildə keçirilən imtahanları istəmirlər. "Amma bu, bizlik deyil, Təhsil Nazirliyinin göstərişi ilə keçirilir”.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR