Metyu Brayza ABŞ-ın Azərbaycana səfiri təqdim olundu

img

26-05-2010 [12:44]


ABŞ prezidenti Barak Obama Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyini Konqresin təsdiqinə təqdim edib. Bu barədə Ağ Evin saytı bildirir. ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi ötən ilin iyunundan vakant qalır. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin AzadlıqRadiosuna deyib ki, səfirin təyin olunması uzun prosesdir. Brayzanın namizədliyini növbəti mərhələdə Senat təsdiqləməlidir. O əlavə edib ki, ?Biz ABŞ hökumətinin göndərdiyi istənilən şəxslə işləməyə şad olarıq?. M.Brayza 2006-2009-cu illərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olub. Brayza Stenford Universitetini və Fletçer Hüquq Məktəbini bitirib. O, Polşa və Rusiyada da diplomatik fəaliyyət göstərib. AzadliqRadiosu

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA