BMT baz katibinin məcburi köçkünlər üzrə nümayəndəsinin Azərbaycana səfəri bazlayıb

img

20-05-2010 [01:07]


#351; katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Valter Kaelinin Azərbaycana səfəri başlayıb. Valter Kaelin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazirinin müavini Əli Həsənov, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkpərov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Oqtay Şirəliyev ilə görüşəcək. Valter Kaelin həm də Füzuli, Beyləqan və Ağcabədidə yerləşən məcburi köçkün və qaçqınların yaşadıqları ərazilərə səfər edəcək. BMT baş katibinin nümayəndəsi səfər zamanı hazırlanan ilkin qeydləri mayın 24-də keçiriləcək mətbuat konfransında təqdim edəcək. Hesabat isə 2011-ci ilin mart ayında İnsan Hüquqları üzrə Şuraya təqdim ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA