05-12-2016 [15:32]
"Kiçik Qafqazın Azərbaycana aid hissəsində köklü qızıl yataqlarında aparılan axtarış nəticəsində Tülallar qızıl təzahürünün yüksək perspektivliyə malik olması müəyyənləşib. Təzahür Göygöl rayonunun eyni adlı kəndi yaxınlığında, rayon mərkəzindən 45 km məsafədə yerləşir”.
Mia.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirilib. Qeyd olunub ki, təzahürün güclü kvarslaşmaya məruz qalan sahələrində keçilən dağ qazmalarından alınan nəticələrə əsasən, zonanın filizli hissəsinin qalınlığı yer səthində və mağara horizontlarında 12-90 m arasında dəyişir və burada qızıl 0,4-33,5 qram/ton, gümüş isə 0,5 - 48,4 q/t arasında qeyd olunur: "Tülallar təzahüründə qızılın resursları, hazırda istismar olunan Gədəbəy qızıl-mis və Çovdar qızıl yataqlarının ehtiyatlarına yaxındır və yatağın dağ-texniki şəraiti hər iki yatağa nisbətən istismar üçün daha əlverişlidir. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müstəqil qurumu laboratoriya şəraitində Tülallar yatağının filizlərinin texnoloji işlənməsi prosedurlarını araşdırırkən ekoloji cəhətdən daha səmərəli hesab olunan flotasiya üsuluna üstünlük verilib və qızılın yüksək çıxımına (90%) nail olunub”.
"Son illərdə, Goranboy rayonunda yerləşən Başqışlaq sahəsində axtarış zamanı müsbət nəticələr əldə olunub, qızıla, gümüşə və misə perspektivli sahə ayrılıb. Sahədən qızıl və gümüşün təyini üçün göndərilmiş sınaqlarda qızıl 0,4 q/t-dan 2,2 q/t-a qədər, gümüş isə 2,0 q/t-dan 4,2 q/t-a qədər təyin edilib. Başqışlaq sahəsinin Qasımzağası hidrotermal dəyişmə zonasında qalınlığı 10,3 m-dən 12,1 m-ə çatan 4 kəsilişdən götürülmüş sınaqlarda misin miqdarının 1,19%-dən 2,13%-ə çatdığı, ümumiyyətlə, zona üzrə 11,5 m orta qalınlığa 2,03 % mis təyin edilib. Bundan başqa, Göygöl rayonunun Əzgilli sahəsində də qızıla və gümüşə müsbət nəticələr alınıb”, - deyə Xidmətdən bildirilib.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR