iKT Ermənistanın təcavüzünü pisləyən bəyannamə qəbul edib

img

21-05-2010 [03:27]


İslam Konfransı Təşkilatına üzv dövlətlərin nümayəndə heyətləri başçıları və xarici işlər nazirləri 20 may tarixində Düşənbə Bəyannaməsi qəbul ediblər. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, bəyannamə cari ilin 18-20 may tarixlərində Tacikistanda ?Daha təhlükəsiz və çiçəklənən İslam dünyasının birgə baxışı? şüarı altında keçirilən İKT Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasının yekunlarına həsr olunub. Məlumata görə, bəyannamədə İslam dünyasının digər məsələləri ilə yanaşı İKT üzv dövlətlərinin Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllinə çağırış öz əksini tapıb. ?Nazirlər şurası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ?Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü?, ?Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslamın mədəni və müqəddəs abidə və tikililərin dağıdılması və təhqir edilməsi? və ?Azərbaycan Respublikasına iqtisadi yardım? adlı qətnamələr qəbul olunub. Qətnamələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü, Azərbaycan torpaqlarında İslam tarixinə aid olan abidələrin dağıdılmasını pisləyir, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üçün Azərbaycan dövlətinə iqtisadi və texniki yardım edilməsini nəzərdə tutur və dünya ictimaiyyətini həmin məsələlərə diqqət yetirməyə çağırır?, - deyə məlumatda bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA