Prezident ilham Əliyev çexiya xarici izlər nazirini qəbul edib

img

14-05-2010 [06:30]


Azərbaycan prezidenti İlham Əliyev mayın 14-də Çex Respublikası baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən dövlət başçısı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin, regional əməkdaşlığın dövlətlərimiz üçün qarşılıqlı maraq doğuran məsələlərdən olduğunu vurğulayıb. Çexiyanın ölkəmizdə səfirliyinin açılmasının önəmini qeyd edən dövlət başçısı bu hadisəni ikitərəfli münasibətlərin mühüm elementi kimi dəyərləndirib. Öz növbəsində, Y. Kohout Azərbaycanla əlaqələrin Çexiya üçün strateji xarakter daşıdığını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA