"Bəli, Ərdoğan uyğun açıqlama verib” - Kremldən açıqlama

img

01-12-2016 [16:50]


"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə ötən gecəki telefon danışığı zamanı Bəşər Əsədin devrilməsi ilə bağlı söylədiklərinə aydınlıq gətirib”.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Ancaq onu deyə bilərəm ki, Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb və bu mövzuya toxunublar. Bəli, Ərdoğan uyğun açıqlama verib”, - deyə Y.Uşakov vurğulayıb.

Qeyd edək ki, R.T.Ərdoğanla V.Putin arasında telefon danışığı olub. Dövlət başçıları Suriyadakı məsələni müzakirə ediblər.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qüds uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransındakı çıxışında bildirmişdi: "Biz başqa məqsədlə deyil, dövlət terroru həyata keçirən zalım Bəşşar Əsədin hökmranlığına son qoymaq üçün Suriyaya girmişik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA