Putin akademikləri işdən qovdu

img

28-11-2016 [16:11]


Rusiya prezidenti Vladimir Putin bir qrup akademiki işdən qovub.

Prezidentin mətbuat xidmətinin noyabrın 28-də yaydığı məlumatda bildirilir ki, işdən kənarlaşdırılan akademiklər Prezidentin işlər idarəsi, Federal Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirliklərində çalışırdılar.

Putin ötən həftə məmurları akademiyaya üzvlükdən çəkinməyə, üzv olanları isə elmlə məşğul olmağa çağırmışdı.

İşdən kənarlaşdırılan akademiklər bunlardır: Prezidentin işlər idarəsinin rəis müavini-baş tibbi idarınin rəisi Konstantin Kotenko, Federal Təhlükəsizlik Xidmətinin Qeydiyyat və arxivlər fondu idarəsinin rəisi general-leytenent Vasili Xristoforov, Müdafiə Nazirliyi Baş tibb idarəsinin rəisi Aleksandr Fisun, daxili işlər nazirinin müavini-İstintaq departamentinin rəisi Aleksandr Savenkov.

Prezidentin sözçüsü Dimitri Peskov onların akademiyaya üzv seçildiklərinə görə işdən çıxarıldığını təsdiqləyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA