Elmar Məmmədyarov Ta?ikistan prezidenti ilə görüzüb

img

19-05-2010 [02:37]


Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasında İslam Konfransı Təşkilatının Xarici İşlər nazirləri Şurasının 39-cu sessiyasında iştirakı zamanı bir sıra ölkələrin dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirib. XİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, E.Məmmədyarovu Tacikistan Respublikasının prezidenti İmaməli Rahmon qəbul edib. Görüş zamanı tərəflər Azərbaycan ilə Tacikistan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər ölkələr arasında əməkdaşlıq sahələrinin geniş potensialının mövcudluğu və onlardan səmərəli istifadə olunmasının zəruriliyini bildirib. Eyni tarixdə nazir E.Məmmədyarov Qazaxıstan Respublikasının Xarici İşlər naziri Kanat Saudabayev, Mərakeş Krallığının Xarici İşlər və Əməkdaşlıq üzrə Dövlər katibi xanım Latifa Akharbach, Qambiya Respublikasının Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdəki Qambiyalılar üzrə naziri Usman Cammeh, Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Zalmai Rassoul, Oman Sultanlığının Xarici İşlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdulla, Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Xarici İşlər üzrə Dövlət naziri Mohammed Barrani, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Şeyx Abdulla bin Zayed, Suriya Ərəb Respublikasının Xarici İşlər naziri Valid Al-Muallim və Mavritaniya İslam Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri xanım Naha Mint Muknass ilə ikitərəfli görüşlər keçirərək ölkələrarası münasibətlərin cari vəziyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA