Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsa Bakıdadır

img

13-05-2010 [03:45]


Azərbaycanda səfərdə olan Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun başçılıq etdiyi nümayəndə heyəti bu gün Talassemiya Mərkəzində olub. Mərkəzin direktoru Azər Kərimov müalicə ocağı barədə qonaqlara məlumat verib. O bildirib ki, Heydər Əliyev Fondunun ?Talassemiyasız həyat naminə? proqramı çərçivəsində inşa olunan mərkəz həmin xəstəlikdən əziyyət çəkənlər və onların yaxınları üçün ümid yeridir. Burada gün ərzində 40-50 xəstə qəbul edilir. Qeyd olunub ki, hazırda ölkəmizdə 1000 nəfərə yaxın talassemiyalı xəstə var və onların əksəriyyəti daimi həkim nəzarəti altındadır. Beynəlxalq standartlara cavab verən mərkəzin üç regional şöbəsi də fəaliyyət göstərir. Nümayəndə heyəti ümumi laboratoriya, qan deposu, aferez otağı, yeməkxana, konfrans zalı, 12 otaqdan ibarət klinika, molekulyar labaratoriya və transplantasiya otaqlarına baxıb. Onlar mərkəzin fəaliyyətindən məmnun qaldıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA