Rusiya nüvə silahı ilə təhdid etdi: "Əgər NATO öz orbitinə yeni ölkələr daxil edərsə,..."

img

25-11-2016 [23:44]


NATO öz orbitinə yeni ölkələr daxil etmək istəsə, Rusiya öz nüvə silahlarını NATO obyektlərinə doğru yönəldəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klinçeviç söyləyib. 

Onun sözlərinə görə, NATO hesab edir ki, müəyyən ölkələrin bizim ərazimizə zərbə endirilməsi üçün plasdarm rolunu oynamasını Rusiya xalqların azad iradəsi kimi qəbul etməlidir.

O, NATO-nun azadlıq və demokratiya prinsipləri adı altında dünyada hegemoniyasını formalaşdırmaq istədiyini bildirib.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA