Türkiyə və ASO Əl Babda itkilər verdi - Açıqlama

img

25-11-2016 [11:32]


Türkiyə ordusu Suriya ərazisində həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatında yenidən itki verib.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyanın Əl-Bab şəhəri ətrafında gedən döyüşlərdə 1 əsgərin həlak olduğunu, 5 hərbi qulluqçunun yaralandığını açıqlayıb. 

"Azad Suriya Ordusunun Əl-Babın İŞİD-dən azad edilməsi üçün apardığı əməliyyat davam edir. Qurudan və havadan verilən atəş dəstəyi ilə Azad Suriya Ordusunun hücumları dəstəklənir. Gün ərzində baş verən toqquşmalarda 4 müxalif şəhid olub, 25-i yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub, 5-i isə yüngül yaralar alıb”, - deyə açıqlamada deyilir.
 
Döyüşlərdə Türkiyə ordusuna məxsus 2 ədəd zirehli döyüş maşını və 1 ədəd piyada daşıyan zirehli maşın da sıradan çıxıb.  
 
Qeyd edək ki, noyabrın 24-də Suriya hərbi təyyarəsinin bombardmanı nəticəsində 4 türk əsgəri həlak olmuşdu. Beləliklə, 2 gün ərzində Suriyada ölən türk hərbçilərinin sayı 5-ə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA