“Hakimiyyəti övladlarıma ötürmək məsələsinə baxmıram" - Nazarbayevdən mesaj

img

24-11-2016 [16:26]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib ki, hakimiyyəti sülalə yolu ilə ötürməyə hazırlaşmır.

O, hakimiyyətin ötürülməsi prosedurası konstitusiyada yazıldığını deyib:

"Hakimiyyəti övladlarıma ötürmək məsələsinə baxmıram. Düşünürəm ki, bu, bizim üçün deyil. Hakimiyyətin ötürülməsi konstitusiyada yazılıb”.

Nazarbayev 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməmək sualını açıq qoyub: "2020-ci ilədək işləyəcəm, 2020-ci ildə görüşərik”(Avropa.info).

Qazaxıstan konstitusiyasına görə, prezidentin ölümü halında prezident səlahiyyətləri parlamentin yuxarı palatası olan Senatın sədrinə keçir. Nazarbayevin böyük qızı Dariqa 2016-cı ildə senatın beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik üzrə daimi komitəsinin sədri vəzifəsinə təyin edilib. Ortancıl qızı Dinara Kulibayeva əri Timur Kulibayevlə ölkənin ikinci ən böyük bankına rəhbərlik edir. Kiçik qızı Aliyə isə tikinti biznesi ilə məşğuldur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA