Putindən Avropanın qərarına cavab: "Bizə demokratiyanı öyrətməyə çalışdılar"

img

24-11-2016 [01:15]


"Qərb toplumunun demokratiya anlayışında problem var".

Bunu Rusiya lideri Vladimir Putin Avropa Parlamentində (AP) rus KİV-lərinə qarşı qəbul edilən qətnaməyə münasibət bildirərkən deyib.

"Əgər həqiqətən də belə bir qərar qəbul edilibsə, deməli, Qərbin demokratiya anlayışında problem mövcuddur. 

Bizə demokratiyanı öyrətməyə çalışdılar və hələ də buna davam edirlər. Demokratiya müəllimlərindən nəyəsə qadağa qoyulmasının ən yanlış yol olduğunu, bunun demokratik norma və prinsiplərə uymadığını eşitdik. Biz sonunda hər hansı məhdudiyyətin tətbiq edilməməsini arzulayırıq”, - Kreml rəhbəri bildirib(Axar.az).

Qeyd edək ki, Avropa Parlamenti üçüncü tərəfin təbliğatına qarşı fəaliyyət haqqında qətnamə qəbul edib. Qətnamədə Rusiya və İŞİD təbliğatı Avropa Birliyi ölkələrinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və vətəndaşlarına qarşı təhdid kimi qəbul edilir. Həmçinin AP Rusiyanın AB ölkələrindəki müxalifət partiyalarına və təşkilatlara maliyyə dəstəyi göstərdiyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA