Prezidentin məmur oğlu deputat seçilib - FOTO

img

23-11-2016 [20:00]


Türkmənistan prezidentinin oğlu deputat seçilib. 

Mia.az xəbər verir ki, Sərdar Berdiməhəmmədov - Türkmənistan prezidentinin oğlu ölkə Məclisinin (parlament) üzvü seçilib. 

Bu barədə məlumat noyabrın 22-də Türkmənistanın dövlət televiziyasında yayılıb. 

Türkmənistanda Seçkilər və referendumlar üzrə Mərkəzi Komissiyanın iclasında elan olunub ki, 24 saylı seçki dairəsindən S.Berdiməhəmmədov deputat seçilib. Ona yeni deputat kimi vəsiqə də təqdim olunub. 

Deputat olana qədər prezidentin oğlu Türkmənistan Xarici İşlər Nazirliyində vəzifə tutub. Daha əvvəl isə o, Türkmənistan Prezidenti yanında karbohidrogenlərin idarə edilməsi üzrə Dövlət Agentliyində çalışıb. 

2008-2011-ci illərdə S.Berdıməhəmmədov Rusiya XİN-in Diplomatik Akademiyasında təhsil alıb. 2015-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Türkmənistan prezidentinin ailə haqqında məlumat azdır. Yeganə bəlli olan budur ki, oğlu Sərdardan əlavə, onun üç qızı və dörd nəvəsi var. 

Fotoda soldan birinci Sərdardır:


Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA