Sabiq prezidentin qızı zəhərlənib? - Kərimovanın ölümü haqda xəbər yayıldı

img

22-11-2016 [17:10]


"İnterfaks” agentliyi Özbəkistanın birinci prezidenti Gülnarə Kərimovanın noyabrın 5-də zəhərlənərək öldürüldüyü haqda xəbərləri təkzib edir

Virtualaz.org xəbər verir ki, bu barədə agentliyə "informasiyalı mənbə” bildirib. Lakin mənbə xəbərlə bağlı əlavə təfərrüatlar verməkdən imtina edib.

RİA Novosti agentliyi də analoji məlumat yayıb. Agentlik İslam Kərimovun ailəsinə yaxın mənbəyə istinadən bildirir ki, Gülnarə Kərimova sağdır və onun ölümü haqda yayılan xəbərlər yalandır.

Hələlik Özbəkistan hakimiyyət dairələri Gülnarənin ölümü ilə bağlı hər hansı şərh verməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA