Ərdoğan Klintonu FETÖ ilə əməkdaşlıqda ittiham edib

img

22-11-2016 [13:48]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə Demokratlardan keçmiş namizəd Hillari Klintonu FETÖ ilə əlaqədə ittiham edib.

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Klintonun seçkiqabağı kapmaniyasının FETÖ tərəfindən maliyyələşdirildiyini bildirib:

"Klintonun kampaniyası hansı mənbələrdən maliyyələşdirilirdi? Bizim Türkiyədə mübarizə apardığımız FETÖ Demokratlar Partiyasına ciddi dəstək verən strukturlardan biri idi”.

Türkiyə prezidentinin sözlərinə görə, Donald Trampın prezident seçilməsi ABŞ-da yeni dövrün başlandığını ifadə edir:

"Hesab edirəm ki, Avropanın müxtəlif künclərində və ABŞ-ın bir neçə ştatında Trampa qarşı etirazlar demokratiyaya qarşı hörmətsizlikdir”-deyə Ərdoğan əlavə edib.

Prezident Trampın müsəlmanlara qarşı təcavüzkar siyasət aparacağına inanmadığını da vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA