ATƏT-in Bakı Ofisi parlament seçkiləri ilə bağlı dəyirmi masa keçirib

img

18-05-2010 [12:44]


Bu gün ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Azərbaycanda qarşıdan gələn parlament seçkilərinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, beynəlxalq ekspertlər, Mərkəzi Seçki Komissiyasının, siyasi partiyaların təmsilçiləri iştirak ediblər. ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib ki, təmsil etdiyi təşkilat noyabr ayında keçiriləcək parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi istiqamətində Azərbaycanın səylərini dəstəkləyir. Tədbirdə həmçinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Departamentinin rəhbəri Nikolas Kac Zoroviski, MSK-nın katibi Natiq Məmmədov, eləcə də digər iştirakçılar çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA