Türkiyədə uçqun baş verən mədəndə 5 işçinin cəsədi tapılıb, 11 nəfərin axtarışları davam edir

img

19-11-2016 [13:46]


Türkiyədə Siirt rayonunun Şirvan qəsəbəsində uçqun baş verən mis filizi mədənində daha bir işçinin cəsədi tapılıb.
 
APA-nın "Milliyet’ qəzetinə istinadən verdiyi məlumata görə, bununla da ötən gün uçqun baş vermiş mədəndə tapılan cəsədlərin sayı 5-ə çatıb. Mədəndə uçqun altında qalan digər 11 işçi ilə bağlı axtarış-xilasetmə əməliyyatları davam edir.
 
Olayla bağlı Siirt Prokurorluğunun açdığı cinayət işi çərçivəsində mədən müdiri M.Ö. və təhlükəsizliyə cavabdeh mühəndis də daxil olmaqla, 6 nəfər saxlanılıb. Saxlanılanlar ifadələrinin alınması üçün polis idarəsinə aparılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA