Moldovanın İstanbuldakı baş konsulu həbs edilib - Səbəb

img

19-11-2016 [23:23]


Kişinyov Rayon Məhkəməsi Moldovanın İstanbuldakı baş konsulu Vyaçeslav Filip barəsində 30 sutkalıq həbs qətimkan tədbiri seçib.
 
Bu barədə "RİA Novosti”yə Moldova Baş Prokurorluğunun mətbuat katibi Mariya Viyeru bildirib.
 
Qeyd edək ki, baş konsul Kişinyov hava limanında saxlanılıb. Vyaçeslav Filip və bir qrup əcnəbi, Moldovaya səfər etmək istəyən xarici vətəndaşlara sənədlər verərkən dələduzluq yolu ilə korrupsiyaya yol verməkdə şübhəli bilinirlər.   
 
Araşdırmalar zamanı Moldovanın İstanbuldakı baş konsulluğunun bir qrup şəxslə sövdələşməyə girərək, bu cinayətkar sxemdə fəal iştirak etdiyi məlum olub.  
 
Moldovanın İstanbuldakı baş konsulluğunun bütün əməkdaşlarının korrupsiya cinayətlərində iştirak etdiyi qeyd olunur.  

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA