Azərbaycanlı gənclər Meksikada mükafat alıblar

img

14-05-2010 [01:20]


5;n 12-də Minilliyin 15 Qlobal Çağırışları üzrə Mexiko şəhərində hər il təşkil edilən ?Qlobal Minillik Prizi? beynəlxalq müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Beynəlxalq müsabiqənin mükafatlandırma mərasimində iştirak etmək üçün Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti tədbirə dəvət edilib. Belə ki, Minilliyin 15 Qlobal Çağırışları üzrə ?Qlobal Minillik Prizi? beynəlxalq müsabiqəsinin milli mərhələsi olan ? ?Gələcək Nəsillərlə Üz-Üzə? (www.galacaknasillar.az) mövzusunda Azərbaycan məktəbliləri arasında 2009-cu il Ümumrespublika İnşa Müsabiqəsi qaliblərinin yazıları ölkəni təmsil etmək üçün Meksikada təşkil olunmuş Minilliyin 15 Qlobal Çağırışları üzrə ?Qlobal Minillik Prizi? beynəlxalq müsabiqəsinə (www.globalmillenniumprize.org) təqdim edilib. Yarışın bu ilki qalibləri arasında, həmçinin Azərbaycan nümayəndələri Ayan Əliyeva (?Qadınların statusu? mövzusu üzrə), Aydan Xələfova (?Sülh və Münaqişə? mövzusu üzrə), Şərqiyyə Məmmədova (?Dayanıqlı inkişaf? mövzusu üzrə), Lalə Həsənova (?İnformasiya və Kommunikasiya texnologiyaları? mövzusu üzrə) beynəlxalq münsiflər heyəti tərəfindən ?Qlobal Minillik Prizi? müsabiqəsinin birinci yeri adına layiq görülüblər. Müsabiqənin 10 nəfər qalibi olub (5 nəfər ? Meksika, 4 nəfər ? Azərbaycan və bir nəfər ? Cənubi Afrika inşa müəllifləri). Mükafatlandırma mərasimi may ayının 12-də Mexiko şəhərinin məşhur Dieqo Rivera muzeyində keçirilib. Meksika Hökuməti və ştatlarının rəsmiləri, YUNESKO və ölkədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Diego Rivera muzeyinin direktoru xanım Carmen Gaitan və rəssam Diego Riveranın qızı xanım Guadalupe Rivera mükafatlandırma mərasiminin Rəyasət heyətinin tərkibinə daxil ediliblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Reyhan Hüseynova, həmçinin mükafatlandırma mərasiminin Rəyasət heyətinin üzvü olub. Tədbir iştirakçıları öz çıxışlarında gənc nəslin və ümumilikdə vətəndaş cəmiyyətinin mənəvi-intellektual inkişafına dəstək verilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunubdur ki, müasir dövrümüzdə müxtəlif təhdid və ümumi problemlərlə üzləşən dünya xalqlarının istedadlı gəncləri öz səyləri və bacarıqlarını əsirgəmədən qarşıya çıxan çağırışlara qarşı birgə fəaliyyət göstərməlidirlər. Mərasimdə, həmçinin Rəyasət heyətinin üzvü R.Hüseynova çıxış etmişdir. O, Azərbaycanlı məktəblilərin III dəfə bu müsabiqəyə qoşularaq qaliblər sırasında olduqlarından qürur hissi keçirdiyini və tədbir iştirakçılarının əksəriyyətinin Azərbaycan haqqında yetərincə məlumatlı olduğuna əminliyini bildirdi. Xanım Hüseynova bu müsabiqədə qalib gələn gənclərimizin Azərbaycan, Meksika və başqa ölkələr arasında mədəniyyət mübadiləsinin inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. Çıxışı zamanı, R.Hüseynova Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinə öz təşəkkürünü bildirmiş, son üç il ərzində sözügedən beynəlxalq müsabiqədə Azərbaycan nümayəndə heyətinin iştirakı zamanı Səfirlik (əvvəllər ? Nümayəndəlik) tərəfindən tələb olunan yardım və diqqətin göstərilməsini yüksək qiymətləndirib. Qeyd etmək lazımdır ki, 2007-ci ildə keçirilən I Ümumrespublika İnşa Müsabiqəsinin finalçılarından Azərbaycandan 5 nəfər müsabiqə iştirakçısı, 2008-ci ildə keçirilən II Ümumrespublika İnşa Müsabiqəsinin finalçılarından isə 1 nəfər ?Qlobal Minillik Prizi? müsabiqəsinin birinci yerlərinə layiq görülmüş və Meksikada keçirilmiş mükafatlandırma mərasimində iştirak ediblər. Mükafatlandırma mərasimindən sonra, Azərbaycan təmsilçisi ?Sülh və Münaqişə? mövzusu üzrə inşa yazılarının qalibi Aydan Xələfova Meksikanın ?TELEVİSA? televiziya kanalına müsahibə verib. Tədbirdə, Meksika Hökuməti, o cümlədən XİN və Təhsil nazirliyi, qeyri-hökumət təşkilatları və yerli KİV nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Meksikadakı Səfiri İlqar Muxtarov və Səfirliyinin əməkdaşları iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA