Şvartseneqqer Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

img

25-05-2010 [12:36]


ABŞ-ın Kaliforniya ştatının qubernatoru Arnold Şvartseneqqer Respublika Günü münasibətilə Azərbaycan tərəfinə artıq ənənəvi xarakter alan təbrikini ünvanlayıb. Azərbaycanın Los-Ancelesdəki konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, təbrik məktubunda Kaliforniyanın Azərbaycan icmasının ştatın inkişafında oynadığı rol xüsusilə qeyd olunub. Respublika Günü münasibətilə yazılı təbrik həmçinin San-Xose meriyasından daxil olub. Məlumata görə, Kaliforniyanın Oranc dairəsi rəhbərliyinin qərarı ilə 28 May dairə ərazisində ?Azərbaycan Milli Günü? elan olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA