Qazaxıstan parlamenti prezident Nazarbayevi ?millətin atası? elan edib

img

13-05-2010 [12:36]


Qazaxıstan parlamentinin yuxarı palatası bu gün prezident Nursultan Nazarbayevin ömürlük prezident elan olunması barədə qanun layihəsini müzakirə edib. Parlamentin aşağı palatası Nazarbayevin ?millətin atası? elan olunması barədə qanun qəbul edib. Bu qanun Nazarbayevə toxunulmazlıq immuniteti verir. Qanuna əsasən ?millətin atası? saxlanıla, həbs oluna, axtarıla və ya dindirilə bilməz. Yeni qanun və yeni status Nazarbayev və onun ailəsinin əmlakını və bank hesablarını qoruyur. Qanun eyni zamanda prezident postunu tərk etdikdən sonra da Nazarbayevə ölkənin xarici və daxili siyasətinə təsir etmək imkanı verir. Qeyd edək ki, Nazarbayev 1991-ci ildən Qazaxıstana rəhbərlik edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA