05-10-2016 [22:59]
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev "Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” İnformasiya Proqramının Qarabağ Bürosunun rəhbəri, jurnalist Gündüz Məmmədovu işdən çıxartdırıb.
Mia.az xəbər verir ki, bu barədə "Ölkə.az”-a jurnalist Gündüz Məmmədovun özü məlumat verib.
Jurnalist deyib ki, sentyabrın 22-də səhər saatlarında "Space TV”-nin Xəbərlər Departamentinin bölgələr üzrə koordinatoru Elvin Əliyevdən hər zaman olduğu kimi zəng olunaraq, mövzu işlənilməsi barədə tapşırıq verilib:
"Elvin Əliyev həmişəki kimi saat 10:00-da mənə zəng edib dedi ki, bu gün üçün nə mövzuları işləyəcəksən?
Çünki hər gün məndən 2 mövzu tələb olunurdu. Mən də dedim ki, Ağdamın cəbhəyanı kəndlərində taxıl səpini başlanılır. Həmin ərazilər isə mülkü əhali və texnika üçün təhlükəlidir. Digər mövzu isə Bərdənin Ağalı kəndində pambıq əkən fermerlərlə problem yaranıb. Bununla bağlı mənə şikayət daxil olub. İzah etdim ki, Bərdədə bir pambıq zavodu fermerlərlə pambığın 50 qəpikdən alınması ilə bağlı müqavilə bağlayıb. Fermerlər də əkib becərdikləri pambığı aparıb həmin zavoda təhvil veriblər, ancaq pul 50 qəpikdən deyil, 46 qəpikdən verilib. İndi fermerlər də buna etiraz edirlər. İstəyirəm ki, bu mövzularla bağlı gedib çəkiliş aparım.
Telekanalın koordinatoru da dərhal mənə dedi ki, birinci mövzunu saxla, əsas fermerlərlə bağlı olan məsələni get yerində araşdır və çəkiliş apar. Mən də həmin günü Ağalı kəndinə gedərək, fermerlərlə görüşdüm və 2-3 nəfərdən müsahibə aldım.
Daha sonra isə "CTS AGRO” MMC-nin tabeliyində olan pambıq zavoduna getdim. Ancaq zavodda mənə təzyiqlər olundu, məni içəri buraxmadılar, mühafizəçilər üzərimə hücum çəkdi.
Bütün bu görüntüləri kamera ilə də çəkmişəm və əlimdə videosu var. "CTS AGRO” MMC-nin Azər adlı vəzifəli əməkdaşı isə telefonlarıma cavab vermədi”.
G.Məmmədov qeyd edib ki, bundan az sonra Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Məmmədov ona zəng edərək, məsələni araşdırdığını söyləyib:
"İlham Məmmədov mənə zəng edib dedi ki, məsələ araşdırılıb, fermerlər yalan danışır. Məndə İlham Məmmədovdan xahiş etdim ki, zavoddan bir nəfər məsul şəxsə deyilsin ki, bu barədə bizim telekanala müsahibə versin. Material birtərəfli efirə getməsin.
İcra başçısının müavini olan İlham Məmmədov mənə dedi ki, yaxşı, tapşıracam, sizə müsahibə verilsin.
Ancaq təqribən 15 dəqiqə sonra "Space” Müstəqil Teleradio Şirkətinin prezidenti Vaqif Mustafayevin köməkçisi mənə zəng edərək dedi ki, Vaqif müəllim sizinlə danışmaq istəyir. Telefonda xeyli gözlədim, ancaq Vaqif Mustafayev mənimlə danışmadı.
Bundan sonra da icra başçısının müavini İlham Məmmədov mənə zəng edərək dedi ki, dərhal bura gəl, cənab başçı səni otağında gözləyir. Buna etiraz edərək bildirdim ki, mənə icra başçısı ilə görüşmək lazım deyil. Müsahib göndərin, mənə müsahibə versin”.
Jurnalist icra başçısı və onun birinci müavini tərəfindən hədələndiyini söyləyib:
"İlham Məmmədov məni hədələdi. Bildirdi ki, icra başçısı deyir ki, elə etməsin ki, onu oradan sürüdərək gətizdirim. Təcili bura gəlsin, onunla işim var. Mən də bu sözdən sonra çəkinərək, Bərdə Rayon İcra Hakimiyyətinə getdim. Birinci İlham Məmmədovun otağına getdim, sonra onunla bir yerdə başçının otağına getdim. Otağa girən kimi icra başçısı mənə dedi ki, Vaqif Mustafayevlə də danışmışam, artıq sən bu gündən etibarən işdən azadsan.
Mən isə icra başçısına cavab verdim ki, məni işdən ancaq şirkətin prezidenti Vaqif Mustafayev çıxarda bilər. Odur ki, mənim işdə qalıb-getməyimlə bağlı qərarı Vaqif Mustafayev verəcək. Bunu deyib icra başçısının otağından çıxdım.
Təqribən 20 dəqiqə sonra "Space” TV-nin vitse-prezidenti Kamil müəllim mənə zəng edib dedi ki, sabah saat 09:00-da bütün avadanlığınla şirkətdə olursan. Səbəbini soruşdum.
Kamil müəllim dedi ki, heç bir narahatçılıq yoxdur, sən aprel döyüşləri zamanı öz işinlə nəyə qadir olduğunu göstərmisən. Buna görə sənə mükafat da verilib. Ona görə də qəti narahat olma. Dediyi kimi, mən də səhər şirkətdə oldum. Qalxıb Kamil müəllimlə görüşdüm. Ancaq o məni Vaqif müəllimlə görüşdürmədi. Bildirdi ki, sən 15-20 gün işdən kənarlaşdırılmalısan, referendumdan sonra çağıracağıq, yenidən işinə qayıdacaqsan.
İşdən kənarlaşdırılmağımın səbəbini öyrəndim. Kamil müəllim mənə dedi ki, Vaqif Mustafayev deyir ki, guya mən icra başçısını şantaj edərək, ondan pul istəmişəm. Buna görə də ərziəni yaz çıx get.
Cavabımda bildirdim ki, əgər doğrudan da mən rüşvət istəmişəmsə, o zaman başçı məndən Korrupsiya ilə Mübarizə İdarəsinə şikayət edərdi. Daha niyə Vaqif Mustafayevə zəng edirdi? Mən işdən çıxarılmağımla bağlı əsaslı sübut və səbəb tələb etdim.
Onlar isə heç bir sübut və ya səbəb söyləmədi. Dedilər ki, rəhbərliyə zəng olunub. Əgər sakit dayansan, 10-15 günə səni işə çağıracağıq. Mən də bütün bu sözlərdən sonra ərizəmi yazıb, işdən çıxdım”.
Qeyd edək ki, "Space TV”-də Gündüz Məmmədovun yerinə ANS TV-nin keçmiş əməkdaşları – Ramil İbrahimov və Zaur Naibov təyin olunub.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR