26-05-2016 [16:02]
Bakıda "Lazer Med” klinikasının sahibi olan həkim saxlanılıb.
Bu barədə məlumat verən vəkil Cavid Rzazadə bildirib ki, bu gün Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinin əməkdaşları "Lazer Med” klinikasının sahibi Mehparə Məmmədovanı saxlayıblar.
Onun sözlərinə görə, M. Məmmədova ilə birlikdə Daxili İşlər Nazirliyinə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar: "Ötən il 29 dekabr tarixində Mehparə Məmmədova mənə müraciət etdi ki, barəsində Daxili İşlər Nazirliyinə şikayət daxil olub. Biz də müqavilə bağladıq. 30 dekabrdan may ayına qədər bir dəfə dindirmə və üzləşmə olub. Fəyyaz Məmmədov adlı şəxs Mehparə Məmmədovadan şikayət edib. Fəyyaz Məmmədov dələduzluq cinayətinə görə 6 il 6 ay azadlıqdan məhrum edilmiş bir şəxsdir. O, Mehparə xanımın sahibi olduğu və Bakıda 2014-cü ilə qədər fəaliyyət göstərən "Lazer Med” klinikasını almaq istəyib. Bunun üçün Mehparə xanıma 50 min manat beh verib. Lakin sonradan klinikanı ala bilməyib. Sonradan həmin pulu geri tələb edib. Fəyyaz Məmmədov Mingəçevirdə qeydiyyatda olduğu üçün biz də Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişik ki, həmin beh məbləği Mehparə xanımda qalsın. 23 may 2016-da ildə məhkəmə qətnamə çıxardı ki, məbləğ Mehparə xanımda qalsın və dəymiş maddi ziyana görə Fəyyaz Məmmədovdan 4 min manat məbləğində pul tutulsun. Həmin qətnamə çıxanda Fəyyaz Məmmədov Mehparə xanımın axtarışda olması barədə qətnamə olduğunu bildirdi.
Biz bundan xəbər tutan kimi Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və müstəntiqə müraciət etdik ki, nə vaxt çağırsalar gələ bilərik.
Ötən gün səhər saat 11-dən saat 16-ya qədər Daxili İşlər Nazirliyində olduq. Müstəntiqə zəng etdik ki, axtarış qərarı varsa, biz burdayıq. Sonra görüşməyimizi bu günə saxladılar. Bu gün saat 14-də nazirliyə getdik.
Orada 41-ci polis bölməsinin əməkdaşları gəldilər və bizi bölməyə apardılar. Məni bayıra çıxardılar, Mehparə xanımı isə tutdular. Bununla bağlı Ombudsman Aparatının qaynar xəttinə və Baş Prokurorluğun qaynar xəttinə müraciət etdim. Tutulma olanda protokol tərtib olunmalı, mən orada iştirak etməli idim".
Vəkil onu da qeyd edib ki, M. Məmmədova barəsində axtarış qərarı 11 may 2016-c il tarixində çıxarılıb: "Həmin gün işi aparan müstəntiqlə Mehparə xanımın telefon əlaqəsi olub. Bizdə səs yazısı var. Müstəntiq ona axtarışda olması barədə hər hansı məlumat verməyib”.
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb