Ər arvadını öldürdükdən sonra özünü bıçaqladı - Sumqayıtda

img

19-05-2016 [10:16]


Sumqayıtda qətl törədilib.

Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Famil Adıgözəlov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Xalidə Adıgözəlovanı bıçaqlayaraq öldürüb. F. Adıgözəlov daha sonra özünə bıçaqla xəsarət yetirib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
APA.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA