18-05-2016 [17:14]
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Polisə sağ gedən niyə salamat qayıtmır?” başlıqlı yazıya reaksiya verib.
E. Zahidovun adından daxil olan açıqlamada bildirilir ki, "Bizim yol” qəzetinin internet səhifəsində yerləşdirilmiş və bəzi saytların da paylaşdığı "Polisə sağ gedən niyə salamat qayıtmır?” adlı məqaləni oxuduqdan sonra belə qənaətə gəlib ki, yazmağa mövzu tapmayan müəllif Ramid İbrahimov uzağa getmədən, oturduğu yerdəcə özündən saxta və süni "problem” uyduraraq müzakirəyə çıxarıb: "3-4 bekar vəkili, hüquqşünası, eksperti də qoşub bu uydurma, əldəqayırma "problem”in müzakirəsinə və xorla deyirlər ki, polis səhlənkardı, polis adam döyəndi və s.”.
E. Zahidov bildirib ki, yazı müəllifi daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı əsassız və uydurma yazılar yazmaqda artıq "püxtələşib”: "Sanki o, polisin mətbuata qarşı dözümlülüyündən, humanistliyindən sui-istifadə etməklə asayiş keşikçiləri barədə əsassız yazılarına son qoymaq istəmir.
Görünür, unudub ki, bizim də məhkəmələrə müraciət etmək hüququmuz var. İkincisi, onun və onun sualını cavablandıran yoldaşların nəzərinə, özü də əminliklə, çatdırmaq istərdim ki, bu günə qədər Azərbaycanda polisin zorakılığı, döyməsi nəticəsində adam ölməsi faktı ümumiyyətlə qeydə alınmayıb, yəni olmayıb.
Düzdü, olub ki, hardasa polis orqanının inzibati binasında və ya binanın həyətində kimsə vəfat edib. Amma bu o demək deyil ki, onu polis döyüb öldürüb. İnsan bilmir ki, o sabah harada öləcək. Əcəl onu şadlıq sarayında da, JEK-də də , xəstəxanada da, polisin inzibati binasında da haqlaya bilər. Onda belə çıxır ki, kim harda vəfat edirsə, deməli, onu oranın işçiləri öldürüb…? Məntiqsizlikdir…. Özü də nə mətbuat nümayəndəsinə, nə də özünü hüquqşünas hesab edənlərə yaraşmayan ən böyük məntiqsizlik….
Yazıda nümunə kimi mayın 12-də Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin həyətində (!) vətəndaşın qəfl ölməsi faktına da toxunulur. Bir daha (çünki hadisə olan günü DİN-in və Baş Prokurorluğun mətbuat xidmətləri rəsmi məlumat yaymışdılar) həmin fakta qayıdaraq bildirirəm ki, mərhum başqa bir vətəndaşın şikayəti əsasında poli bölməsinə dəvət olunub. Tədqiqatçının yanına keçmək üçün həyətdəki oturacaqda oturub növbəsini gözləyirmiş. Həyəcandanmı, stressənmi, havadanmı, dəqiq deyə bilmərəm, infarkt keçirərək oturacaqdan ağzı üstə yerə çırpılıb və dünyasını dəyişib. Burda polisi günahlandırmaq, ondan şübhələnmək nə dərəcədə ədalətlidir. Bəli, hər bir peşə sahəsində olduğu kimi polis əməkdaşı da yorğunluqdan, yuxusuzluqdan, əsəbdən səhlənkarlığa, ehtiyatsızlığa, kobud rəftara yol verə bilər, çünki o da insandı.
Buna baxmayaraq hər belə fakt qeydə alınanda dərhal DİN rəhbərliyinin birbaşa nəzarəti altında xidməti təhqiqatlar və digər zəruri araşdırmalar həyata keçirilir. Əgər, əməkdaşın günahı təsdiqlənirsə, o daxili işlər orqanlarında xidmətdən xaric olunmaya qədər cəzasını alır. Lakin kiminsə əcəli polis bölməsinin həyətində tamam olursa, coxdan daşıdığı hansısa xəstəskdən, həyəcandan, stressdən vəfat edirsə buna polis neyləsin? Belə hallarda polis təcili-tibbi yardım çağıra bilər ki, onu da həmişə edib…
Yazıdakı əsassız iddialardan birini də vəkil Adəm Məmmədov deyir. Yəqin ki hüquqşünas olan bu adam, KİV-ə verdiyi açıqlamanın məsuliyyətini unudaraq və konkret fakt göstərmədən deyir ki,"… yiyəsi və vəkili olmayan bir şəxs oğurluq edirsə, Bakı şəhərində baş verən və açılmamış oğurluq hadisələrinin hamısını onun adına rəsmiləşdirirlər.…”.
Olduqca gülünc və cəfəngiyyatdan ibarət olan bu "vəkil tapıntısı”na isə münasibət bildirməyi özümə rəva görmürəm. Bircə onu fəxrlə deyirəm ki, Azərbaycan hüquqi-demokratik bir dövlət olaraq insan haqları ilə obyektiv və qərəzsiz məşğul olan bütün beynəlxalq təşkilatların hesabatlarında dünyanın əksər dövlətlərinə bu sahədə də nümunə olacaq bir dövlət kimi göstərilir. Tam əminliklə deyirəm ki, bizdə həbs olunan hər bir şəxs törətdiy konkret qanunazidd əməlin - hadisənin, cinayətin qanuni cəsasını alır. İstintaq orqanlarının ünvanına belə əsassız fikirlər səsləndirən vəkil, görünür, bəzən maddi marağını güdərək hansısa cinayətkarın müdafiəsinə cəhd göstərir və onu qanunun əlindən ala bilməyəndən sonar bu cür hədyanlara əl atır.
Son olaraq onu da deyim ki, belə uydurma yazılar, kiminsə hansısa səbəbdən vəfat etməsi faktının KİV-də əsassız olaraq müzakirəsi, təkcə hüquq-mühafizə orqanlarının işgüzar imicinə, fəaliyyətinə kölgə salmır, həm də, mərhumun ruhuna, onun yaxınlarının dərdinə hörmətsizlikdir”.
Qafqazinfo.az
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı