16-05-2016 [18:13]
Bu ilin mart və may aylarında Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda gömrük vergi və rüsumlarını ödəməkdən imtina edərək asayişi pozmağa cəhd göstərən şəxslərdən biri həbs olunub, dörd nəfər haqqında isə Qazax rayon polis şöbəsində araşdırma aparılır.
Mia.az xəbər verir ki, bu məlumatı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti yayıb.
Məlumatda xatırladılır ki, bu ilin mart ayının 25-i və may ayının 13-də kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstana səyahət edən həmsərhəd rayonların bir qrup sakini Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq məhsullar üçün qanunvericiliklə müəyyən olunan gömrük vergi və rüsumlarını ödəməkdən imtina edib, gömrükçülər tərəfindən onlara dəfələrlə qanunvericiliyin tələbləri izah olunsa da həmin şəxslər özləri ilə gətirdikləri məhsulları dövlət büdcəsinə çatacaq olan ödəmələri həyata keçirmədən gömrük sərhədindən keçirməyə çalışıblar. Üstəlik həmin şəxslər vəzifə borcunu yerinə yetirərək onların bu hərəkətinin qarşısını almaq istəyən gömrükçüləri nalayiq ifadələrlə təhqir edib, gömrükçülərdən birinə xəsarət yetiriblər.
Hər iki hadisə zamanı Tovuz Gömrük İdarəsinin rəhbərliyi asayişin bərpa olunması üçün ərazidəki polis şöbəsinə müraciət edib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdən sonra gömrük postunun ərazisində asayiş tam bərpa olunub asayişi pozmaq istəyən şəxslər isə saxlanılaraq onlar haqqında araşdırma aparılıb.
Qazax rayon polis şöbəsində aparılan ilkin araşdırmadan sonra martın 25-də gömrük əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən Məmmədov Elvin Mansur oğlunun barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsinə əsasən həbs qəti imkan tədbiri seçilib.
Mayın 13-də asayişi pozmaqda şübhəli bilinən Qazax rayon sakinləri Əliyev Abdurrəhman Orucəli oğlu, Məmmədov Göyüş Nazim oğlu, Əsgərov Ələsgər Alyoşa oğlu və Nəbizadə Elgün İlyas oğlu barəsində isə Cinayət Məcəlləsinin 510 (xuliqanlıq) və 535.1 (polis əməkdaşının və hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati tənbeh tədbiri görülür.
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı