12-05-2016 [11:19]
"Zərdabın Pərvanlı kənd sakini Güləhməd Rüstəmovun sözügedən rayonun Polis Şöbəsinin rəhbərliyi barəsində səsləndirdiyi bütün iddialar tamamilə uydurma və böhtan varakterli olmaqla polisin rayondakı yüksək nüfuzuna və işgüzar imicinə xələl gətirməyə yönəlmiş təxribat xarakterli dezinformasiyalardır”.
Bu fikirləri Mia.az-a açıqlamasında Daxili Işlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.
DİN sözçüsü qeyd edib ki, Zərdab RPŞ-nin rəhbərliyi və əməkdaşları ilə G.Rüstəmov arasında heç vaxt hər hansı problem yaşanmayıb:
"Onun guya qoluna qandal vurularaq RPŞ-yə aparılması, mağazalarını açdığına görə təhdid edilməsi barədə ittihamları əslində ictimaiyyəti aldatmağa hesablanıb, rayonda polisin iş adamlarının fəaliyyətinə guya maneə yaratması barədə yanlış rəy yaratmağa xidmət edir. Görünür, G.Rüstəmovu polis əməkdaşları barədə belə qərəzli və şantaj xarakterli məlumatlar yaymağa ona məxsus dəmir boruları daşıyan, rayon sakini Rauf Xəlilov tərəfindən sənədsiz idarə olunan "MTZ-80" markalı 63 T 360 nömrəli traktorun cari il martın 23-də, bu il aprelin 10-da isə "Mersedes" markalı 63 TZ 360 dövlət nömrə nişanlı avtomobili görünüşü məhdudlaşdıran, kustar üsulla hazırlanmış pərdə ilə idarə etdiyi üçün qardaşı Natiq Rüstəmovun yol polisi əməkdaşları tərəfindən saxlanılması olub.
Qabaqcadan əlbir olan bir qrup şəxslə narkotik vasitələrin satışı ilə məşğul olduğuna və yol-nəqliyyat hadisəsi törətdiyinə görə əvvəllər iki dəfə məhkum olunmuş Natiq Rüstəmovdan müvafiq sənədlər tələb edilərkən o, yol polisi əməkdaşları ilə kobud rəftar edib və onların qanuni tələblərinə qəsdən tabe olmayaraq aradan çıxıb. Buna görə N.Rüstəmov barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin müvafiq qərarı ilə N.Rüstəmov cərimə edilib. İndi guya qolundakı qandalın izindən "ürək ağrısı" ilə danışan Güləhməd Rüstəmov qardaşı ilə bağlı yaranmış problemi çözmək üçün sonuncu ilə birlikdə Polis Şöbəsinə gedib. Və bu da polis "təzyiqi"ndən şikayətlənən şəxsin RPŞ-yə ilk və son gəlişi olub...
Yeri gəlmişkən, Güləhməd Rüstəmovun müraciətləri əsasında istər Daxili İşlər Nazirliyinin aidiyyəti xidmətləri, istərsə də Zərdab rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılıb. Onun polis əməkdaşları barədə müraciətlərində qeyd etdiyi xüsusatların heç biri həmin araşdırmalar zamanı öz təsdiqini tapmayıb”.
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı