11-05-2016 [17:39]
Son günlər 28 May Respublika Günü münasibətilə amnistiya elan olunması ilə bağlı məlumatlar yayılmaqdadır.
Mia.az xəbər verir ki, Strateq.az bu məsələ ilə bağlı əlavə məlumatlar əldə edib. Əldə etdiyimiz məlumatlara görə, artıq cəzaçəkmə müəssisələrində amnistiya aktının elan olunması ilə bağlı müəyyən sənədləşmə işləri üçün hazırlıqlar başlanılıb. Amnistiya ilə əlaqədar cəzaçəkmə müəssisələri tərəfindən məlumatlar, statistika müvafiq qurumlara təqdim edilib.
Gözlənilən növbəti amnistiya əvvəlkilərlə müqayisədə daha çox adama şamil oluna bilər.
Sonuncu dəfə millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən Amnistiya Aktı 2013-cü il 7 may tarixində verilib. 9 min şəxs bu Amnistiya Aktının təsirinə düşüb. 2000-dən çox məhkum cəzaçəkmə yerlərindən azad olunub.
Qeyd edək ki, növbəti amnistiya üçün obyektiv səbəblər də var. Azərbaycanda son illər məhkumların sayının artması tendensiyası müşahidə olunur. Bu isə narahatlıq doğurmağa bilməz. Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropda 4-cü yeri tutur.
Bu il 8 martda Avropa Şurası Avropa ölkələrindəki həbsxanaların vəziyyəti ilə bağlı hesabatını açıqlayıb. Hesabatda qeyd olunur ki, Rusiyadan sonra əhalinin hər 100 min nəfərinə düşən məhbusların sayına görə, 305 nəfərlə Litva, 240 nəfərlə Latviya, 238 nəfərlə Azərbaycan, 227,9 nəfərlə Gürcüstan, 225 nəfərlə Estoniya, 204 nəfərlə Ukrayna gəlir.
Türkiyədə hər 100 min nəfərə düşən məhbus sayı 197,5, Moldovada 201,3, Polşada 203,5 nəfərdir. Avropa Şurasına üzv ölkələrdə hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir. Hesabatda qeyd olunur ki, 2014-cü ilin məlumatına görə Azərbaycanda azadlıqdan məhrum olunmuş şəxslərin sayı 22579 nəfər təşkil edib.
Ümumilikdə isə Avropa ölkələrində 2011-ci ildən bəri cəzaçəkmə yerlərində hər 100 yerə düşən məhkum sayında azalma müşahidə olunur. 2001-ci ildə bu göstərici 99, 2013-cü ildə 96, 2014-cü ildə 94 olub. 2014-cü ildə Avropa Şurası ölkələrində hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir. 2013-cü ildə isə bu göstərici 134 idi.
Məhbus sayının artması eyni zamanda iqtisadi problem kimi də qiymətləndirilir. Azərbaycanda hər il təxminən 80 milyon manatdan çox yalnız məhbusların saxlanması xərclərinə sərf edilir. Bura penitensiar xidmətin institusional xərcləri aid deyil. Bu məbləğə yalnız məhbusların qidalanması, geyimi, məişət şəraiti üçün və s. çəkilən xərclər daxildir.
Avropa həbsxanalarında da hər məhbus üçün gündəlik ayrılan məbləğin də miqdarı azalmaqdadır. Orta hesabla bu göstərici 99.1 avrodan 96.7 avroya qədər azalıb. 2012-ci ilin məlumatına görə Rusiyada gündəlik hər məhkum üçün 2.2 avro, Belarusda isə 2011-ci ildə 1.48 avro, Qırğızıstanda 2014-cü ildə 1.55 avro xərclənib. Qazaxıstanda isə bu məbləğ 5 avrodan çoxdur.
Ötən il fevarl ayında "EXO” qəzetinə müsahibəsində Azərbaycan Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov bildirmişdi ki, ölkədə hər bir məhkuma xərclənən pulun miqdarını dəqiq demək çətindir: "Bir neçə il bundan öncə bu məbləğ ildə 4 min manat idi, yəni hər bir məhkuma gündə 10,9 manat düşürdü. Amma dövlət büdcəsi dəyişir, onunla bərabər məhkumlara sərf olunan xərc dəyişir”. Bu il aprelin 24-də parlamentin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsində keçirilən dəyirmi masada millət vəkili Çingiz Qənizadə bildirib ki, "ölkədəki bütün cəzaçəkmə və istintaq təcridxanalarında 24 minə qədər məhkum var. Bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir”.
Ç. Qənizadə qeyd edib ki, hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır: "Bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarda ümumiyyətlə, bununla bağlı islahatlara ehtiyac var. Bunun da nəticəsində məhkumların sayı xeyli aşağı düşəcək. Məsələn, hazırda qüvvədə olan sanksiyaya görə, narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrumetmə tətbiq edilir. Halbuki, narkotik aludəçisi xəstə hesab olunur. Onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamasına”.
Mövzu ilə bağlı söhbətlərşdiyimiz ekspetlər qeyd etdilər ki, Azərbaycanda son illər penitensiar sistemdə xeyli islahatlar aparılıb. Ötən il Avropa Şurası və Avropa Komissiyasının Ədliyyə Nazirliyi ilə birlikdə Azərbaycanın penitensiar sistemində islahatların həyata keçirilməsi üzrə birgə proqram başa çatıb. Yeni həbsxanalar tikilib. Məhbusların həyat şəraitində yaxşılaşma müşahidə olunur. Onların hüquqlarının daha yaxşı təmin olunması ilə bağlı qanunvericilkdə islahatlar aparılıb. Həbsxanalara ictimai nəzarət təsisatları yaradılıb. Bütün bunlar Azərbaycanla bağlı müsbət amillər kimi qeyd olunur. Lakin əhalinin hər 100 min nəfərinə düşən məhbus sayının artması artıq ciddi narahatlıq yaradır və Azərbaycan əlyehinə istifadə olunur. Bu baxımdan növbəti böyük amnistiyanın elan olunması ən yaxşı çıxış yolu ola bilər.
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı