06-05-2016 [11:19]
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisdə Cinayət Məcəlləsinə bır sıra dəyişikliər ediləcək.
Mia.az xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən ekspert Ərşad Hüseynov bildirib ki, dəyişiklikləri ümumi şəkildə "MİNİ AMNİSTİYA" adlandırmaq mümkündür:
"Çünki onların qüvvəyə minməsindən sonra yüzlərlə adam cinayət məsuliyyətindən və cəzadan azad olunacaq, bəzilərinin cəzası xeyli yüngülləşəcək, bəziləri isə cəzadan azad olunmaq şansı qazanacaq. Məsələn, indiyədək oğurlanan əmlakın dəyəri 30 manatı aşanda bu, cinayət sayılırdı, bundan sonra həmin məbləğ 100 manata qaldırılır (30-100 manat arası oğurluğa görə məhkum olunanlar avtomatik olaraq cəzadan azad olunacaq). İndiyədək 30 manatdan artıq ziyan vurmaqla dələduzluq edənlər və ya özgə əmlakını mənimsəyənlər cinayət məsuliyyətinə cəlb olunurdu, amma bundan sonra dələduzluq və mənimsəmə də yalnız 100 manatdan yuxarı məbləğdə ziyan olduqda cinayət sayılacaq".
Ekspertin sözlərinə görə, ümumiyyətlə, mülkiyyət əleyhinə və sahibkarlıq fəaliyyəti sahəsində cinayət məsuliyyətinə cəlb etmə hədləri qaldırılıb:
"Məsələn, əvvəl 2000 manatdan artıq vergidən yayınma cinayət idi, bu qanundan sonra 20 000 manatdan artıq vergidən yayınma cinayət sayılacaq.
Daha sonra cinayət məsuliyyətindən azad olma imkanları da genişlənir.
Məsələn, sağlamlığa qəsdən yüngül zərər vuran şəxs zərərçəkənlə barışdıqda cinayət məsuliyyəti istisna olunur. Bəzi cinayətlər nəticəsində vurulan zərəri ödəmək cinayət məsuliyyətindən azad etməyə səbəb olur (məsələn, qanunsuz sahibkarlıqda, yalançı sahibkarlıqda və s.)".
Bununla belə, bəzi əməllərin sanksiyası da sərtləşir, xüsusən, cərimə cəzaları bəzi hallarda artırılır:
"Bəzi cinayətlər üçün isə məsuliyyətə cəlb etmə həddi əhəmiyyətli dərəcədə qaldırıldığına görə sanksiya da artırırlır. Özü də sanksiya məhz cinayət nəticəsində vurulan ziyanın misli ilə hesablanacaq (məsələn, əmtəə nişanından qanunsuz istifadə edən şəxs 20 00 mnatdan artıq ziyan vurarsa, cinayət məsuliyyətinə cəlb olunacaq və ziyanın və ya qanunsuz əldə etdiyi gəlirin 2-4 misli miqdarında, yəni 40 00- 80 000 manat cərimə olunacaq).
Bundan sonra cibgirlərin də işi ağaırlaşacaq. Cibgir 100 manatdan ço x talayarsa, 3-7 il azadlığını itirə bilər (əvvəllər buna görə maksimum 2 ilədək azadlıqdan məhrum etmə ilə canını qurtara bilərdi). Başqa maraqlı şeylər də var...".
MİA.AZ
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı