05-05-2016 [19:14]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əri Füzuli İsgəndərovu qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə X.İsgəndərovanın qızı Əmanə İsgəndərovanın nümayəndəsi Gülnar Rəhimova gəlməyib və məhkəməyə gəlməməsi ilə bağlı heç bir cavab verməyib.
Bundan sonra hakim mərhum F.İsgəndərovun bacısının dindirilməsini təklif edib.
Buna X.İsgəndərovanın vəkilləri Cavanşir Süleymanov və Abuzər Mütəllimov etiraz ediblər. A.Mütəllimov bildirib ki, məhkəmədə şahidlərin dindirilməsi prosesinin ardıcıllığı qorunmalıdır: "Şahid Əmanə İsgəndərovanın ötən məhkəmə iclasında dindirilməsi yarımçıq saxlanılıb. Bu səbəbdən Əmanənin dindirilməsi başa çatsın və sonra digər şahidlərin dindirilməsi təmin edilsin. Çünki bizim hər şahidə ayrıca sualımız var. Burada qarışıqlıq yarana bilər".
Hakim bildirib ki, şahidləri istənilən vaxt məhkəməyə çağırmağa qanun yol verir: "İfadəsi yarımçıq saxlanılan şahid növbəti məhkəmə iclasında dindirilə bilər. Buna görə də vaxt itirmək lazım deyil, başqa şahidlər dindirilsin. Bu cinayət işi böyük işdir. Bu işi araşdırmaq üçün vaxt lazımdır. Amma tərəflər işi uzadırlar. Şahidin işi məhkəmədə suallara cavab verməkdir. Məhkəmə 10 dəfə də çağırsa, 100 dəfə də çağırsa, onlar məhkəməyə gəlməlidir".
Zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi də deyib ki, şahidlərin dindirilməsi ardıcıllığı qorunmalıdır. Buna görə də məhkəmə iclası təxirə salınmalıdır.
Dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, şahidlərin dindirilməsi ardıcıllığının qorunması üçün əsas yoxdur: "Şahidlərə verəcəyim suallar özümə məlumdur. Buna görə də hansı şahidin dindirilməsi üçün problemimiz yoxdur".
Tərəflərin istəyini nəzərə alan hakim məhkəmə iclasını mayın 16-dək təxirə salıb.
Xatırladaq ki, sözügedən qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Babək prospekti, ev 17 ünvanında baş verib. 1964-cü il təvəllüdlü F.İsgəndərov evin həyətindəki qarajda qətlə yetirilib. Qatil ev sahibinə 19 bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsib. Hadisə baş verən gün evdə F.İsgəndərovun həyat yoldaşı X.İsgəndərova olub.
İlkin dindirilmə zamanı qadın cinayətkarın ona hücum etdiyini və boğmağa çalışdığını bildirib. O, ilkin ifadəsində cinayətkarın maskasını çıxararaq öldürməməsi üçün yalvardığını, evdə olan qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb.
İstintaqın gəldiyi nəticəyə görə isə F.İsgəndərov elə öz həyat yoldaşı tərəfindən qətlə yetirilb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı X.İsgəndərova tərəfindən törədildiyi məlum olub. Hadisədən 8 ay sonra X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində işləyib. Mərhum F.İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olub.
X.İsgəndərova istintaq zamanı ona elan olunmuş ittihamlarla razılaşmayıb, qətldə əli olmadığını deyib. Məhkəmədə isə ifadə verməkdən imtina edib.
Trend
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı