03-05-2016 [12:02]
Xəbər verildiyi kimi, aprelin 21-də Bakının Badamdar qəsəbəsindəki "Bulaq” restoranında atışma qeydə alınmışdı. İlkin məlumatlarda qeyd olunurdu ki, restoranın müştəriləri arasında iri məbləğdə pul üstündə mübahisə olub.
İnsidentin iştirakçıları restorana məhz bu məsələnin müzakirəsi üçün toplaşıblar. Samir adlı qonaq söhbətə odlu silahla gəlib. Və elə restoranın həyətində atəş açmağa başlayıb. Nəticədə bir neçə nəfər yaralanıb.
"Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda həbsdə olan Samir Allahyarovu restorana iş adamı Tofiq Qaranizadə çağırıb. Buna səbəb isə özünün hədələnməsi olub. Onu restorana dəvət edənlər biznesindən ayda onlara müəyyən məbləğ vermələrini tələb ediblər. T.Qaranizadə isə S.Allahyarovu ora söhbəti davam etdirməyə, tələbin rədd edilməsində ona yardımçı olmağa çağırıb. Nəticədə atışma düşüb, söhbətin bir neçə iştirakçısı yaralanıb, güllələrdən biri ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın maşınına dəyib.
Amma xoşbəxtlikdən maşının sürücüsünə xətər toxunmayıb. Olaydan sonra Samir Allahyarov polisə gedərək könüllü təslim olub. Hazırda Bakı Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. Hüquq-mühafizə orqanları keçirdikləri əməliyyat zamanı biləvasitə "razborka”da iştirak etmiş Sabunçu qəsəbəsi sakinləri – 1983-cü il təvəllüdlü Namiq Xabulla oğlu İbayev, 1985-ci il təvəllüdlü Kamil İsrafil oğlu Quliyev, 1980-ci il təvəllüdlü Orxan Rəfail oğlu İbrahimov və 1981-ci il təvəllüdlü Namiq Ağacan oğlu Həşimov saxlanılıblar. Hüquq-mühafizə orqanlarına yaxın mənbədən "Yeni Müsavat”a daxil olan xəbərə görə, ümumilikdə iş üzrə 21 nəfər həbsə alınıb, ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Olayda iştirak etmiş şəxslərin yaxın əhatəsinə daxil olan 48 nəfər isə inzibati qaydada 10-15 sutkalığına həbsə alınıblar.
Olaydan sonra "Bulaq”dakı atışmanın kriminal aləmin iki nüfuzlu siması – "Lotu Quli” kimi tanınan Nadir Səlifov və "Rövşən Lənkaranski” kimi tanınan Rövşən Canıyevin tərəfdarları arasındakı "razborka” olduğu haqda xəbərlər də dolaşırdı.
"Lotu Quli”nin yaxın atrafına aid olan şəxslərin virtualaz.org-a verdikləri məlumata görə, nə "Bulaq” restoranında atəş açanın, nə də sonradan saxlanılan şəxslərin Nadir Səlifova heç bir aidiyyəti yoxdur. Kriminal avtoritetin yaxın dairəsində belə hesab edirlər ki, bu cür şayiə yayanlar və onun adını hallandıranlar bununla Nadir Səlifovun Gürcüstana gözlənilən ekstradisiyasını əngəlləmək və onunla «Rövşən Lənkəranski» arasında qarşıdurma yaratmaq istəyirlər.
Məlum olduğu kimi, Nadir Səlifov Gürcüstan vətəndaşıdır və uzun müddətdir ki, ora ekstradisiya olunmaq istəyir. Kriminal avtoritetin yaxın ətrafına aid şəxslər də bildirirlər ki, "Lotu Quli” Azərbaycanda heç bir fəaliyyət göstərmir və onun yeganə istəyi vətəndaşı olduğu Gürcüstana ekstradisiya edilməsinə nail olmaqdır.
Azinforum.az olaraq bildiririk ki, həmkarlarımızın apardıqları bu araşdırmada yaranmış münaqişəyə səbəb olan konkret adamın adı tam dəqiqliyi ilə çəkilmir. "Bulaq”dakı atışmanın iş adamı kimi təqdim edilən Tofiq Qaranizadəyə görə olduğu dəqiqdir. Ancaq araşdırmanı aparan həmkarlarımız onun soyadını səhv olaraq Qaramizadə kimi qeyd edirlər.
Azinforum.az olaraq biz Tofiq Qaranizadənin kimliyi barədə dəqiq məlumat əldə etmişik.
Əslən Gürcüstandan olan Tofiq əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb. O, Bakının qumarxana krallarından biri kimi adı hallanan "Qara Vəzir”in oğludur və atasının "biznesində” ona yaxından kömək edir.
Qeyd edək ki, sovetlər dönəmində bir sıra yüksək vəzifələrdə çalışan Vəzir Qaranizadə uzun müddətdir ki, paytaxtda fəaliyyət göstərən gizli qumarxana biznesində "Yeraz Mehman”, "Qobulu Nahib” kimi adamlarla rəqabət aparır. Düzdür, "Quli”yə yaxın olan dairələr Nadir Səlifovun bu hadisəyə aidiyyəti olmamasını inkar edirlər. Ancaq "Qara Vəzir”in oğlu Tofiqin bir həmyerli və qumarxana işi ilə məşğul olan şəxs kimi "Quli”ilə əlaqələrinin olmaması inandırıcı görünmür.
Hətta bəzi ehtimallara görə, "Qara Vəzir”in dairəsilə "Quli”nin yaxın münasibəti var. Ən böyük ehtimallardan biri də budur ki, "Bulaq”dakı "razborka” nın detallarından biri də gizli qumarxanalarda dövr edən "qara” pulun hansı kriminal avtoritetə çatması ilə bağlı olub.
Mövzuya qayıdacayıq…
RÖVŞƏN ƏLİ
AZİNFORUM.AZ
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı