28-04-2016 [14:53]
ABŞ kəşfiyyatının kölgəsi kimi tanınan "Stratfor” Qlobal Analitik Mərkəzinin təhlilçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozlarını açıqlayıblar.
Təhlilçilər yazır ki, münaqişə bölgəsindəki son hadisələr göstərir ki, vəziyyət hər an gərginləşə bilər:
"Cəbhə xəttində son 20 ilin ən böyük toqquşmalarından 3 həftəyə yaxın bir müddət keçir. Atışma səngisə də siyasi bəyanataların verilməsi davam edir. Rusiya, Türkiyə, eləcə də Qərb münaqişənin həlli ilə bağlı diplomatik səyləri gücləndirir”.
"Stratfor” analitikləri son həftələr ərzində bölgəyə səfər edənlərdən, Rusiya və Türkiyənin bəyanatlarından da yazırlar.
"Azərbaycan gərginliyi müvəqqəti artırdı, ancaq daha böyük müharibəyə çevrilməsinə imkan vermədi. Bu strategiya Bakının geniş strateji maraqlarına xidmət edir – böyük regional oyunçuların diqqətini çəkməklə münaqişənin danışıqlar yoluyla həlli perspektivini gücləndirdi. Bununla Bakı siyasi baxımdan status-kvonu uğurla sınağa çəkdi”, – deyə qeyd edirlər.
Nəşr danışıqların "Madrid prinsipləri”nə əsaslandığını yazır: "Ancaq yekun razılaşma yolunda böyük əngəllər dayanır. Əsas əngəl isə İrəvanın Dağlıq Qarabağda status-kvonu saxlamaq istəyidir. Ermənistan prezidenti Sarkisyan son toqquşmaların sülh sazişi şansını azaltdığını da etiraf edib".
"Stratfor”un proqnozlarına görə, danışıqlar yenidən bərpa oluna bilər: "Sarkisyanın çıxışından belə nəticə çıxarmaq olmaz ki, danışıqlar bərpa olunmayacaq. Ancaq hətta əgər Ermənistan hökuməti Moskvanın təzyiqinə tabe olsa və bəzi güzəştlərə razılaşsa belə, Dağlıq Qarabağın hazırkı statusunun dəyişdirilməsinə getməyəcək. Bu məsələyə ermənilər o qədər emosional və siyasi yanaşırlar ki, bu hökumətə hətta devrilmə təhlükəsi yaradar”.
Təhlilçilər növbəti həftələrdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı diplomatik danışıqların güclənəcəyini düşünürlər: "Münaqişənin həllində nüfuza sahib olan regional oyunçular tərəflərə sülh danışıqlarına görə təzyiq göstərəcək. Ancaq yaxın perspektivdə münaqişənin hətta qismən həlli mümkün görünmür. Çünki sazişi əngəlləmək istəyən maraqlı tərəflər var. Dağlıq Qarabağda münaqişənin qızışması ehtimalı qalacaq ki, bunun da təsiri bu kiçik mübahisəli ərazinin sərhədlərini xeyli aşır. Belə məqamda Dağlıq Qarabağ münaqişəsi istənilən an qızışa bilər”.
ANS
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"