26-04-2016 [14:39]
Aprelin 25-də axşam saatlarından başlayaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) paytaxt polisinin ərazi bölmələriylə birgə Bakının əksər rayonlarında cinayət aləminə qarşı irimiqyaslı əməliyyat tədbirləri həyata keçirərək, 50-dən çox şəxsi həbs edib, xeyli miqdarda odlu silah və partladıcı maddə ələ keçiriblər.
Strateq.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi məlumata görə, əməliyyat zamanı həbs edilənlərin hamısı cinayət aləmində iki nüfuzlu azərbaycanlı "qanuni oğru” – Rövşən Lənkəranski ilə "Lotu Quli” ləqəbli Nadir Səlifovun tərəfdarları, yaxın adamlarıdır.
Məlumata görə, DİN-in müvafiq strukturlarının paytaxtda belə qəfil irimiqyaslı əməliyyat keçirməsinə səbəb bir neçə gün əvvəl – aprelin 21-də Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən "Bulaq” restoranında baş vermiş atışmadan sonra iki cinayətkar qruplaşma – "Lotu Quli” ilə Rövşən Lənkəranski tərəfdarları arasında gərginləşən münasibətlər olub.
Bildirilir ki, polis "Bulaq” restoranındakı atışmanın səbəblərini araşdırarkən, bunun Nadir Səlifovla Rövşən Lənkəranskinin tərəfdarları arasında növbəti "kriminal razborka” olduğunu müəyyənləşdirib, daha sonra isə əməliyyat-istintaq yolu ilə hər iki qruplaşmanın paytaxtdakı əlaqələrini, əhatə çevrəsini, toplanış məntəqələrini, eləcə də yaxın gələcək üçün planlarını öyrənə bilib…
Elə bu məlumatlar əsasında da, aprelin 25-dən axşam saatlarından başlayaraq, paytaxtın bir neçə rayonunun ərazisində əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda qəfil əməliyyat tədbirləri həyata keçirilərək, 50-dən yuxarı şəxs həbs edilib.
Hazırda əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi, həbs olunanların çevrəsinin genişlənəcəyi və hər iki qruplaşmayla cinayət əlaqəsi olan daha bir neçə şəxsin də saxlanılacağı gözlənilir. Bildirildiyinə görə, saxlanılan şəxslərin bəziləri uzun müddətdir ki, Bakıda "cinayət aləminin təmsilçisi" kimi müxtəlif iş adamlarından, obyektlərdən xərac toplayırmışlar…
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı