25-04-2016 [17:13]
Gədəbəydə intihar faktı qeydə alınıb. Özünü asan məktəb direktoru və bələdiyyə başçısı postunu tutan şəxsdir.
Mia.az musavat.com-a istinadən xəbər verir ki, Dəyə Qarabulaq inzibati ərazi vahidliyinə daxil olan Talakənd kənd orta məktəbinin direktoru Fəxrəddin Kamil oğlu Əliyevin asılmış vəziyyətdə olan meyitini yaxınları aşkar ediblər. Hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu gəlib.
Mərhumun meyiti müayinə olunmaq üçün rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb.
Mərhumun yaxınları F.Əliyevin ölümündəGədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevi ittiham edirlər. Bildirirlər ki, F.Əliyev ölümündən əvvəl B.Nağıyevin onu bezdirməsi haqda fikirlər söyləyirmiş. Buna görə də şöbə müdirindən Gədəbəy Rayon Prokurorluğuna şikayətlər olunub.
Mərhum F.Əliyevin oğlu Elvin Əliyev deyib ki, atasının ölümü ilə bağlı prokurorluğa şikayətlər ünvanlayıblar. Yas məclisindən sonra məsələ ilə bağlı daha ətraflı şəkildə fəaliyyətə başlayacaqlar.
Rayondakı mənbələr isə bildirir ki, F.Əliyev yaşadığı rayonda təcrübəli pedaqoq kimi tanınır.
O, işini bilən, idarəçilik qabiliyyəti olan şəxs kimi xarakterizə olunur. Rayon sakinləri deyir ki, F.Əliyevin həyatla bu şəkildə vidalaşması mərhumun çox ciddi problemlərlə üz-üzə qala bilməsi və bu səbəbdən intihara əl atması ehtimalını yaradır. Bildirirlər ki, F.Əliyev həyatsevər insan olub, onun ölümündə əlbət ki, çox ciddi səbəblər var.
F.Əliyevin məktəb direktorluğu ilə yanaşı bələdiyyə sədri vəzifəsini də icra edib.
Sakinlər bildirdilər ki, F.Əliyevin rəhbərlik etdiyi bələdiyyədə ciddi maliyyə məsələləri olmayıb, torpaq islahatı da uzun illər əvvəldən bitib. Bu səbəbdən F.Əliyevin intiharına daha çox çalışdığı məktəbə dövlət büdcəsindən ayrılan vəsaitlərin təhsil müəssisəsinə çatana qədər silinməsi, invertarların ələ keçirilməsi kimi halların rol oynaya bilməsi ehtimalına üstünlük verilir.
Bu məlumat fonunda F.Əliyevin ölümündən əvvəl təhsil şöbəsi müdirindən şikayətlənməsi, giley-güzar etməsi haqda bilgilər direktorun ölmündən əvvəl psixoloji gərginlik keçirdiyini söyləməyə əsas verir.
Məktəb direktorunun ölümündən ittiham olunan Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevdən münasibəti öyrənmək üçün sayt onun rəhbərlik etdiyi şöbə ilə əlaqə saxlayıb.
Şöbədən bildiriblər ki, B.Nağıyev iclasdadır.
F.Əliyevin ölümü faktına görə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı