20-04-2016 [20:33]
Seymur VERDİZADƏ
Milli Məclisin deputatı Aqil Abbas kənddə yaşayan insanlara soğan əkməyi təklif edəndə hamı onu məsxərəyə qoydu. O vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, cəmiyyətin Aqil müəllimə hansı səbəbdən təpki göstərdiyini hələ də anlaya bilməmişəm.
Aqil Abbas kənd camaatına necə məsləhət verməliydi? Deməliydi ki, marixuana əkin?
Kəndlinin işi əkib-becərmək, bolluq yaratmaqdır. Kənddə təmiz hava ilə yanaşı, həm də halallıq, ruzi-bərəkət var. Torpaq onun nazını çəkən, onunla pərvərişdə olan heç kimi ac qoymur. Kənddə doğulan, kənddə böyüyən bir insan kimi mən özüm bunun şahidi olmuşam. Yediyimiz meyvənin dənəsi əlimizdən sürüşüb yerə düşəndə onu götürməyin əziyyətinə qatlaşmazdıq. Bir müddət sonra həmin yerdə bir fidan cücərərdi.
Hər dəfə bölgələrimizə üz tutanda qəlbimi qəm-qüssə alır. Azərbaycan kəndlərinin sürətlə boşalması məni son dərəcə məyus edir. Ucqar kəndlərimizin çoxunda evlərin qapısından paslı qıfıl asılıb. Hərə bir bəhanə ilə doğma yurdu tərk edir. Səbəb həmişə eyni olur: iş yoxdur. Bizim kənddə isə iş heç vaxt qurtarmırdı...
Bakıda yaşayan bir tanışım bu yaxınlarda işədüzəltmə bürosu açıb. Yeni işə başlamasının bir ayı tamam olmasa da, 3 mindən artıq müraciət var. Dünən masanın üzərində qalaqlanmış anketləri bir-bir nəzərdən keçirdim. Balakəndən Hacıqabula, Qusardan Sumqayıta kimi bütün bölgələrimizdən iş üçün müraciət edənlər var. İş axtaranların 90 faizi qadınlardı. Dünən boş vaxtım çox olduğu üçün bu adamların bəziləri ilə söhbət edə bildim. Kimi sorğu-sual etdimsə, dedi ki, Bakıda kirayədə yaşayır. Müraciət edən qadınların əksəriyyəti xadimə, qulluqçu və dayə işləmək istəyir. Çoxu oğul-uşaq sahibidir, pəhləvan kimi həyat yoldaşları var. Sən demə, Bakıda kişilər üçün iş tapılmadığından ailənin yükünü qadınlar öz boyunlarına götürməli olublar...
Bir neçə gün əvvəl Milli Parkda 60-62 yaşlı bir kişi ilə tanış oldum. Dedi ki, sovet hökuməti dağılana kimi Haramıda böyük kolxozların birində sədr işləyib. Şəxsi təsərrüfatını qura bilmədiyinə görə, beş il əvvəl ailə üzvlərilə birlikdə Bakıya köçüb. Hazırda Binədə darısqal bir evdə kirayədə yaşayırlar. Necə dolandıqlarını soruşanda, cavabı belə oldu: "Arvadım imkanlı bir adamın evində dayə, qızım isə şirniyyat sexində usta işləyir. Ayda hərəsi 300 manat maaş alır. Bir təhər keçinirik”.
Halbuki onlar kənddə inək saxlasaydılar, indikindən qat-qat yaxşı dolanardılar. Bu sualın cavabını heç cür tapa bilmirəm: niyə insanlar Bakıda hansısa ədəbaz milyonçunun kirli corablarını yumağa, onların ərköyün nəvələrini səhərdən-axşama kimi kürəklərində gəzdirməyə razı olurlar, amma dövlətin verdiyi torpağı əkib-becərmək istəmirlər?
Təvazökarlıqdan uzaq olsa da, yazacağam: rəhmətlik atam Cəbrayılda müəllim işləsə də, böyük təsərrüfatımız vardı. Hətta il quraqlıq olanda belə, ən azı iki inəyimiz sağılırdı. Həyətimizdəki toyuq-cücənin, hind quşlarının sayı-hesabı yox idi. Doqquzuncu sinifdə oxuyanda ot biçmək üçün atam mənə ayrıca dəryaz düzəltdirmişdi. 15-16 yaşım olanda heyvanları yemləmək üçün hər gün bir araba ot biçirdim. Bu qədər işin arasında kitab oxumağa, dövri mətbuatı mütaliə etməyə də vaxt tapırdım. Sinif yoldaşlarım da təsdiq edə bilərlər: Nizami Gəncəvinin "Xosrov və Şirin” əsərini rəhmətlik Əlif kişi ilə mal nobatına gedəndə oxumuşdum.
Başa düşürəm, kənd həyatı sovet filmlərində gördüyümüz kimi romantik deyil. Mal-qara, qoyun-quzu saxlamaq üçün yayda qızmar günəş altında ot biçmək, saatlarla ayaq üstdə qalmaq, tövlə kürümək lazımdır. Amma bütün bunlar Bakıda arvad hesabına yaşamağın əzabına qatlaşmaqdan çətin deyil...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik