22-09-2016 [12:58]
Fikrət YUSİFOV, sabiq maliyyə naziri, professor
Artıq 12-ci ildir ki, Azərbaycan bənzəri olmayan bir sürətlə inkişaf edərək, bölgənin həm iqtisadi və həm də siyasi güc mərkəzinə çevrilib və bu yolu bundan sonra da davam etdirmək əzmindədir.
Bu yolun başlanğıcı Ulu Öndər tərəfindən 1993 – 1994-cü illərdə qoyuldu və 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bundan sonrakı illərdə Azərbaycan müstəqilliyin başlanğıcında səriştəsiz idarəçilik nəticəsində düşdüyü siyasi və iqtisadi kataklizmalardan düşünülmüş bir ssenari ilə çıxmağa üz tutdu.
Düşünülmüş idarəçiliklə bu gün inkişafın ən yüksək səviyyəsinə gəlib çatmış Azərbaycanın həm iqtisadi və həm də siyasi durumunu o illərin iqtisadi, siyasi durumu ilə müqayisə etmək mümkün deyil.
Bu illər ərzində Azərbaycan sadəcə inkişaf etməyib, o, sözün əsil mənasında inqilabi dönüşə nail ola bilib. İndi kimsə o dövrün iqtisadi, maliyyə göstəricilərini bu günün müvafiq göstəriciləri ilə müqaisə edə bilərmi?! Belə müqayisə mümkün deyil.
Görülən işlərə kölgə salmaq, hər işdə bir qara axtarmaq xislətindən xali olmayanlar bilməlidilər ki, bu uğurlara kölgə salmaq mümkün deyil, çünki onları bütün dünya görür və təsdiq edir.
Mükəmməl heç nə olmur. Bu qədər işlər görülərkən, nöqsanlarsız da ötüşmək mümkün deyildi. Mühüm olan budur ki, nöqsanlar aşkarlandıqca onlar qətiyyətlə aradan qaldırılır. Bu yolda heç kimə güzəşt edilmir. Dövlət başçısının "heç kimin toxunulmazlıq statusu ola bilməz” çağrışı tam gücü ilə işləyir. Bu, çox tədqirəlayiq bir haldır.
Bu gün Azərbaycan regionun əsas oyunçusuna çevrilib. O bölgənin ən qüdrətli iqtisadi və siyasi güc mərkəzi kimi, özünün layiqli yerini tutub. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan hər hansı bir transmilli layihənin reallaşması, hər hansı siyasi bir məsələnin həlli mümkün deyil. Bu gün Azərbaycan Avropanın on illər boyu yaşadığı enerji asılılığı probleminin həllində dönüş yaradacaq bir layihənin müəllifi kimi, bütün dünyaya sözünü deyə bilir. Bu gün Azərbaycanın həm qərb, həm şərq, həm şimal və həm də cənub üçün əhəmiyyəti əvvəlkindən qat-qat böyükdür.
Bir sözlə, bu gün Azərbaycan yaxın və uzaq güclərin çox böyük maraq dairəsində olan bir məmləkətdir. Qarşı tərəflər üçün onun təkcə təbii sərvətləri deyil, həm də coğrafi mövqeyi kifayət qədər əhəmiyyətlidir. Biz bütün böyük güclər üçün strateji maraq kəsb edən bir ölkəyik. Lakin bu, bizə heç də həmişə istədiklərimizi vermir. Bizim öz maraqlarımız var.
Biz güclü dövlət olmaq, Qarabağ savaşındakı uğursuzluqları bizə miras qoyanların səhvlərini düzəltmək, nümunəvi multikultural və tolerant bir məmləkət kimi, gücündən qabaritindən asılı olmayaraq, hər kəsi özü ilə hesablaşdırmaq yolunu tutmuşuq.
Bu yollu tutmaq və onunla uğurla irəliləmək, çox çətindir, ancaq şərəflidir.
Bir baxın, bu gün Azərbaycanın da yerləşdiyi böyük regionda təmsil olunan ölkələr və bütövlükdə keçmış Sovetlər Birliyinə aid olan ölkələr içərisində bir Azərbaycan öz neytral mövqeyini qoruyub saxlaya bilib. Qalan hər bir dövlət öz seçimini edib.
Bu gün kimin hansı gücün yanında olduğu hər kəsə gün kimi aydındır. Biz isə heç kimin yanında deyilik. Bizim öz yolumuz var. Biz özümüz özümüzün yanındayıq. Bu yol çox ağır yoldur. Bu yolu aparan dövlət başçısı böyük siyasi iradə sahibidir. Bu yolun bundan sonra daha uğurla davam etdirilməsi ölkədə siyasi islahatları zəruri etdi.
Heç şübhə yoxdur ki, sentyabr ayının 26-da Azərbaycan vətəndaşları öz hakimiyyətinin dayaqlarının möhkəmlənməsini, onun apardığı quruculuq işlərinin səmərəliliyini təmin etməyi hədəfləmiş siyasi islahatlara "HƏ” deyəcək!
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik