Azərbaycana qarzı kəzfiyyat pozuculuq fəaliyyəti ilə məzğul olan 25 nəfər zərərsizləzdirilib

img

17-03-2010 [04:57]


?2009-cu ildə xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycana qarşı kəşfiyyat pozuculuq fəaliyyəti ilə məşğul olan 25 nəfər zərərsizləşdirilib?. Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində ?Milli təhlükəsizliyin təminatında gənclərin rolu? mövzusunda Bakı Slavyan Universitetində keçirilən konfrans zamanı belə deyib. Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən verilən məlumata görə, nazir müavini bildirib ki, Azərbaycanın müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında, milli maraqların qorunmasında təhlükəsizlik orqanları daim yüksək sayıqlıq və peşəkarlıq göstərir. Ə.Şəfiyev milli maraqların, dövlətçiliyin daha da etibarlı qorunması istiqamətində MTN-in son illərdə həyata keçirdiyi uğurlu əməliyyatlardan danışıb. Onun sözlərinə görə, MTN-in fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılmasıdır: ?İşğalçı Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənən terrorçuluq və təcavüzkar separatçılıqla mübarizənin səmərəsinin artırılması istiqamətində də ardıcıl tədbirlər görülüb. Beynəlxalq terrorçuluğa qarşı mübarizə tədbirləri nəticəsində ölkə ərazisində terror aktlarının törədilməsi cəhdlərinin qarşısı alınıb. ?Əl-Qaidə? və ?Əl-Cihad? terrorçu təşkilatlarla əlaqəli olan bir sıra ekstremist qruplar zərərsizləşdirilib?. Nazir müavinin sözlərinə görə, MTN ötən il transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə də uğurlu əməliyyatlar həyata keçirib. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan çoxlu mütəşəkkil cinayətkar dəstə və ayrı-ayrı şəxslər yaxalanıb, 1 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 100-dən artıq şəxs istintaqa cəlb olunub. Nazirliyin beynəlxalq əlaqələrindən danışarkən Ə.Şəfiyev deyib ki, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və transmilli mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir, digər tərəfdaş dövlətlərin müvafiq strukturlarının bu sahədə MTN ilə əlaqələrini genişləndirməyə marağını artırır. Hazırda MTN 40 ölkənin 51 xüsusi xidmət orqanı ilə fəal əməkdaşlıq edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR