Ağdam-Füzuli yolunda mikroavtobus aşıb - 20 nəfər xəsarətləri alıb

img

09-07-2025 [09:13]


Ağdam-Füzuli yolunda mikroavtobus aşıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR