Okan Buruk Taylan Antalyalıya "yox" dedi

img

08-07-2025 [18:14]


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk ötən mövsüm "Bodrum FK"ya icarəyə verilən Taylan Antalyalını yeni mövsümdə komandada görmək istəmir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu səbəbdən "Qalatasaray"ı30 yaşlı təcrübəli yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı ləğv etməyə hazırlaşır.

Məlumata görə, tərəflər artıq danışıqlara başlayıb: "Klub daha az təzminatla bu prosesi bitirməyə çalışır".

Xatırladaq ki, ötən mövsüm "Bodrum"da 26 matçda meydana çıxan Taylan 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun "Qalatasaray"la 2026-cı ilə qədər müqaviləsi var.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR