12-02-2016 [21:23]
Ağciyər xərçəngi dünyada ən geniş yayılmış bədxassəli şiş forması olub, bədxassəli şişlərlə xəstələnmənin strukturunda birinci yeri tutur və tək tibbi deyil, həm də sosial əhəmiyyət kəsb edən problemlərdəndir.
Xəstəliyin erkən mərhələdə diaqnostikası səviyyəsi nisbətən aşağıdır, xəstələrin müəyyən qisminə gecikmiş mərhələlərdə diaqnoz qoyulur ki, bu zaman da aparılan müalicə əksər hallarda arzu edilən nəticəni vermir. Bu vəziyyətin əsas səbəblərindən biri budur ki, ağciyər xərçəngi olan xəstələrin əksəriyyəti ilk olaraq qeyri-onkoloji müalicə müəssisələrində işləyən ümumi profilli həkimlərə müraciət edirlər, onlarda da onkoloji ehtiyatlılıq və onkologiya sahəsində zəruri biliklər lazımi səviyyədə olmadığından, çox vaxt hipodiaqnostika hallarına yol verilir.
Buna görə Tibb Universitetində təhsil alan gələcək həkimlərə və ümumi profilli həkimlərə ağciyər xərçəngi sahəsində zəruri biliklərin verilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir. Bu isə yalnız ağciyər xərçənginə dair müasir ədəbiyyatın olması sayəsində mümkündür. Bununla əlaqədar, mütəmadi olaraq ağciyər xərçənginə dair elmin son nailiyyətlərini özündə əks etdirən kitabların və tədris ədəbiyyatlarının nəşrinə zərurət yaranır.
Bu baxımdan Akademik Əhliman Əmiraslanovun rəhbərliyi altında Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında ağciyər xərçənginin epidemiologiyası, diaqnostikası və müalicəsi, eləcə də bu sahənin tədrisi sahəsində toplanan böyük elmi-pedaqoji təcrübə əsasında hazırlanan "Ağciyər xərçəngi” kitabı tələbələrə və həkimlərə bu sahədə zəruri biliklərin verilməsini təmin etməklə, göstərilən çətinliklərin aradan qaldırılması istiqamətində atılan mühüm addımdır. Kitab ağciyər xərçənginə dair orijinal vəsait olub, maraqla oxunur və müasir tələblərə tam cavab verir. Burada ağciyərlərin klinik anatomiyası, ağciyər xərçənginin epidemiologiyası, etiologiyası və patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, böyüməsi və yayılması, klinikası, diaqnostikası, diferensial diaqnostikası, müalicəsi, müalicənin nəticələri və proqnozu, dispanser müşahidə, qadınlarda ağciyər xərçəngi, bu xəstəliyi olan pasiyentlərə palliativ yardım məsələləri geniş işıqlandırılmışdır. Kitab müəlliflərin çoxillik zəngin təcrübəsinə əsaslanaraq hazırlanmış, çoxsaylı rəngli şəkillərlə illüstrasiya edilmiş və nəfis tərtibatla çap edilmişdir. Elmin son nailiyyətlərini özündə əks etdirən kitab tələbələr, onkoloqlar, onkoloji xəstəliklərin diaqnostikası, eləcə də müalicəsi ilə məşğul olan mütəxəssislər, onkologiya ixtisası üzrə rezidenturada təhsil alan həkimlər, təbabətin müxtəlif sahələrində çalışan və gündəlik fəaliyyətlərində ağciyər xərçəngi ilə rastlaşan həkimlər üçün qiymətli əsər olub, oxucu kütləsi tərəfindən böyük maraq və həvəslə qarşılanacaqdır.
Mia.az
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb