09-02-2016 [23:59]
"Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə cəsarət edib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb”.
Bunu ötən gün canına qəsd edən 23 yaşlı Nigar Vahabovanın bacısı, İctimai televiziyada redaktor işləyən A.Vahabova bacısının ölümü ilə bağlı atv.az-a açıqlamasında deyib.
"Saytlar bacımın ölümü ilə bağlı müxtəlif səbəblər yazırlar, hamısı səhv, yalan məlumatlardır. Bacım sadəcə getmək istədi, getdi, səbəbsiz. Heç nə demədi. Bütün günü əlaqəmiz olub, mənə yazırdı, gülürdük, danışırdıq. Hər şey yaxşı idi, bir anın içində oldu.
Deyirlər guya maddi problemi olub. Onun necə maddi problemi ola bilər? Özünə maşın almaq üçün behini vermişdi, 3 gün əvvəl universitetin təhsil haqqını ödəmişdi, qiyabi oxuyurdu. Bizim ailəmiz elə ailədir ki, heç vaxt söz-söhbət olmur. Hamımız digərimiz üçün canımızı verməyə hazırıq. Sadəcə onun da alın yazısı bu qədər imiş. Həyatında heç kim yox idi, yəni sevgilisi, danışdığı. Sadəcə karyera qurmağı düşünürdü”.
Aytac Vahabova deyir ki, bacısı bir müddət "İki sahil” qəzetinin korrektoru kimi çalışıb: "Bir neçə ay əvvələ qədər orada çalışıb. Sonra xarici şirkətdə işləyirdi. Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə cəsarət edib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb. Çox kövrək idi Nigar. Kimsə kiminsə xətrinə dəyəndə o qədər həssas idi ki, ağlayırdı. Çox qorxurdu hər zaman davadan, söz-söhbətdən bəlkə də bu səbəb oldu. Amma həmişə yanımızda idi, heç kimlə problem olmamışdı.
Dünən bütün günü biz danışmışıq. Son olaraq 2-3 saat ərzində əlaqə itdi. Həmişə telefonu kənara atırdı, sonra gəlib görürdü ki, kimsə zəng vurub. Ona görə əvvəl fikirləşdim ki, yəqin zəngimi görmür. Düşündüm ki, həmin müddətdə ingilis dilinə gedirdi deyə, onun dərsləri ilə məşğuldu. Sonra xəbər çıxmadıqca narahat olduq, evə gəldik. Biz evə gələndə artıq gec idi. Yanında heç kim olmayıb. Hamımız işdə olmuşuq, qardaşım da orta məktəbdə oxuyur deyə dərsdə olub. İki bacı, bir qardaş idik.
Heç birimiz onun ölümü ilə bağlı bir şey düşünə bilmirik. İndi sanki onun yenidən diriləcəyinə inanırıq. Elə bilirik yenə yanımıza gələcək. Yanımızda olmadığını dərk edə bilmirik deyə, hansı səbəbdən canına qəsd etdiyinin səbəbini də düşünə bilmirik”.
Qeyd edək ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nigar Tahir qızı Vahabova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. O, Kooperasiya Universitetinin maliyyə fakültəsinin qiyabi şöbəsinin dördüncü kursunda oxuyurdu.
Mərhum Nigarın fotoları ilə tanış olun:



Bakıda beşmərtəbəli yataqxana binası yanır
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib