ABŞ Ermənistana bu PUA-ları verib: "Bunlar müdafiəmizi gücləndirəcək" - FOTO

img

10-02-2026 [17:19]


Xəbər verildiyi kimi, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vance Yerevanda Ermənistanla 11 milyon dollar dəyərində pilotsuz uçuş aparatlarının satışını əhatə edən müdafiə müqaviləsi elan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu müqavil çərçivəsində Ceyms Devid Vance Yerevanda həmin PUA-lardan birinin təqdimatını keçirib.

Məlumata görə, 11 milyon dollar dəyərində V-BAT tipli müşahidə pilotsuz uçuş aparatları bir sıra üstün keyfiyyətə sahibdir.

Ceyms Devid Vance bildirib ki, dronlar Ermənistanın təhlükəsizliyi üçün istifadə olunacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə ABŞ-la hərbi və müdafiə əməkdaşlığı istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiklərini alqışlayıb: "Bu müqavilə Ermənistanın müdafiə qabiliyyətini gücləndirəcək"

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA