“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat
10-02-2026 [10:27]
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Habil Qurbanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Mia.az Pravda.az-aistinadla xəbər verr ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Habil Qurbanov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
İttiham aktına əsasən, hadisə 26 iyul 2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, Habil Qurbanov həmin gün arvadı S.S,-in (adı, soyadı şərtidir) “WhatsApp”ında iş yoldaşı olan zərərçəkmiş Fərəc Vəliyevlə (adı, soyadı şərtidir) mehribancasına yazışdığını və Abşeron rayonu, Saray qəsəbəsində, DYP postunun yaxınlığında yerləşən “Araz” supermarketin qarşısında görüş təyin etdiyini öyrənib. Bundan sonra təqsirləndirilən şəxs saat 13:00 radələrində qeyd edilən supermarketin qarşısına gəlib.
Hadisə zamanı o, arvadının idarə etdiyi avtomobildə Fərəclə birlikdə olmasını görüb və qısqanclıq zəminində maşının ön qapısını açaraq sürücünün yanında əyləşmiş zərərçəkmiş şəxsin sifət və baş nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla zərbə endirib. Daha sonra Habil Fərəci avtomobildən düşürərək “Araz” supermarketin qarşısında yenidən onun sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla vurub.
Nəticədə zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol alt göz qapağının qançırı, sağ kürək nahiyəsinin qançırları, eləcə də sağ baldırın sıyrığı şəklində xəsarətlər alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Məhkəmə iclasında zərərçəkmiş Fərəc Vəliyev ifadəsində bildirib ki, o, “Bravo” mağazasının filiallarının birində müdir müavini vəzifəsində çalışır. O, təqsirləndirilən şəxsin həyat yoldaşı ilə aralarında heç bir münasibətin olmadığını deyib və hazırda Habillə barışdığını, ona dəymiş ziyan ödənildiyini, şikayət və tələbi yoxdur.
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacısı" vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat